Bu ölkədə əlavə korporativ vergi tətbiq ediləcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

korporativ vergiFransa Konstitusiya Məhkəməsinin qərarında göstərilmişdir ki, iri şirkətlər üçün təklif edilən və bu yaxınlarda parlament tərəfindən təsdiq olunmuş müvəqqəti əlavə korporativ verginin tətbiqi ölkə Konstitusiyasına zidd deyil. Parlamentin üzvləri məhkəməyə belə bir verginin tətbiqinin, eləcə də həmin verginin özünün qanuni olub-olmadığı barədə sorğu ilə müraciət etmişdilər. Məhkəmənin qərarında isə bildirilmişdir ki, vergi nəzərdə tutulan şirkətlər üçün ayrı-seçkilik yaratmır və onun tətbiqi ölkə Konstitusiyasına uyğundur.

Qeyd edək ki, parlamentin qəbul etdiyi düzəlişə əsasən, korporativ verginin dərəcəsi illik dövriyyəsi 1 milyard avrodan artıq olan şirkətlər üçün 33,3 faizdən 38,3 faizə, illik dövriyyəsi 3 milyard avrodan artıq olan şirkətlər üçünsə 33,3 faizdən 43,3 faizə qaldırılmış olur. Müvəqqəti əlavə 31 dekabr 2017-ci ildən 30 dekabr 2018-ci ilə qədər olan dövr üçün tətbiq ediləcək.

Belə bir tədbirə əl atılması büdcəyə 5 milyard avro həcmində əlavə vəsait cəlb etmək məqsədi daşıyır. Həm xərclərin azaldılması, həm də bu vəsaitin büdcəyə daxil olması hesabına hökumət büdcə kəsirini əlavə olaraq 2,9 faiz də azaltmaq niyyətindədir.

Mənbə: vergiler.az
Print Friendly, PDF & Email