fbpx

Müəssisənin fəaliyyəti üzrə əlavə vergi nəzarəti tədbirləri həyata keçirilə bilərmi?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

EDV, vergi ödəyicisi, Vergilər, işə qəbul, maaş, özəl tibb müəssisələri,Vergilər Nazirliyi, müsabiqə, işə qəbul, vergilər naziri, hüquqi şəxs, proqnoz, Cari vergi ödəmələri, vergiler, Vergilər Nazirliyi, nizamanme formalari, MMC-lər, nizamnamə formaları, vergilər NKA-dan istifadə departamentlər Vergilər Nazirliyi Vergi nəzarəti işsizlik sığortası MDSS dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramlarıMüəssisəmiz riskli vergi ödəyicisi meyarlarına uyğun gəldiyi halda, vergi orqanı tərəfindən müəssisənin fəaliyyəti üzrə əlavə vergi nəzarəti tədbirləri həyata keçirilə bilərmi?

Vergilər Nazirliyinin açıqlamasında bildirilir ki, 1 yanvar 2020-ci ildən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması onun fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarətinin keçirilməsi üçün əsas yaradır. Bununla yanaşı, Məcəllənin 83.7-ci maddəsinin müddəalarına əsasən, vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır.

87.3-1-ci maddədə isə göstərilib ki, riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə, bu maddə ilə müəyyən olunmuş müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir. Bundan əlavə, Vergi Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə, eyni zamanda, ondan vergi öhdəliyini dərhal yerinə yetirməyi tələb edə bilər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Əlavə vergi nəzarəti,
Print Friendly, PDF & Email
error: Content is protected !!