Əldə edilmiş malın ancaq Vergi Hesab Fakturası varsa, xərcə silinə bilərmi?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: Əldə edilmiş malın ancaq vergi hesab-fakturası var. Digər sənədlər mövcud deyil. Malların dəyərini xərcə sala bilərəm?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verməlidir.

“Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”na əsasən elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının “Əsas” rekvizitində öz əksini tapmalıdır. Təsdiqedici sənədlər olmadıqda, elektron vergi hesab-fakturası ƏDV-nin və aksizin əvəzləşdirilməsinə əsas vermir.

Göründüyü kimi, ƏDV ödəyicisi tərəfindən elektron vergi hesab-fakturasının verilməsi yalnız elektron qaimə-faktura faktura əsasında aparılmalıdır və bu baxımdan sorğunuzda qeyd olunan hal qanunvericiliyin tələblərinə uyğun deyil. Verilməli olan elektron qaimə-faktura isə xərclərin rəsmiləşdirilməsinə əsas verən sənəd kimi qəbul edilir.

Bax: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın 4.5-ci maddəsi.

Mənbə: taxes.gov.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email