Payın alğı-satqısından əldə olunan gəlirə görə vergi azadolmaları

posted in: Xəbər | 0
birbank biznes

azad ticarət Vergi güzəştiVergi Məcəlləsinin 102.1.27 və 106.1.19-cu maddələrinə əsasən, vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi gəlir, həmçinin mənfəət vergisindən azaddır. (vergi azadolmaları)

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, gəlir (mənfəət) vergisindən azadolmanın tətbiq edilməsi üçün ilkin şərt payın və ya səhmin azı 3 il ərzində şəxsin mülkiyyətində olması müəyyən olunub.

Belə ki, payın bir hissəsi ən azı 3 il, digər hissəsi isə bu müddətdən az vaxtda mülkiyyətdə olduqda, azadolma yalnız ən azı 3 il mülkiyyətdə olmuş paya tətbiq ediləcək.

Mənbə: azertag.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi azadolmaları
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *