E-kassa işləmədikdə həyata keçirilməli tədbirlər

posted in: Xəbər | 0
birbank biznes

elektron kassaİstismar zamanı e-kassada nasazlıqlar yarandığı halda, e-kassa istifadəçisi dərhal vergi orqanlarına və elektron kassa operatoruna məlumat verməlidir.

E-kassa istismar zamanı yararsız vəziyyətə düşdükdə, e-kassa operatoru bununla bağlı ona çağırış verildiyi andan etibarən qanunvericilikdə nəzərdə tutulan müddət ərzində e-kassanın təmirini təmin etməlidir.

E-kassada, eləcə də onun tərkib hissəsi olan nəzarət mexanizmi qurğusunda yaranmış nasazlığı qeyd olunan müddət ərzində aradan qaldırmaq mümkün olmadıqda, aşağıdakı tədbirlər həyata keçirilməlidir: e-kassa operatoru e-kassanı dərhal ehtiyat aparatla əvəz etməli, istismara yararsız e-kassa təmirə aparılan zaman e-kassa operatoru və istifadəçisi nəzarət mexanizmi qurğusunda olan bütün məlumatların Vergilər Nazirliyinə ötürülməsini təmin etməlidir. E-kassa operatoru ehtiyat e-kassanın quraşdırılması üçün portal üzərindən Vergilər Nazirliyinə müraciət etməlidir. Nəzarət mexanizmi qurğusunun əvəz olunmuş e-kassaya quraşdırılması üçün Vergilər Nazirliyi tərəfindən e-kassa operatoruna müvəqqəti sertifikat göndərilməlidir. E-kassa operatoru sertifikatı müvəqqəti nəzarət mexanizmi qurğusuna yükləyərək aktla birlikdə e-kassa istifadəçisinə təqdim etməlidir.

İstismara yararsız e-kassanın təmiri mümkün olmadıqda, e-kassa operatoru öz seçiminə əsasən, ehtiyat e-kassadan istifadə edə və ya onu yeni e-kassa ilə əvəz edə bilər. Ehtiyat e-kassadan davamlı istifadə olunduqda e-kassa operatoru müvəqqəti sertifikatın daimi sertifikatla əvəzlənməsi üçün Vergilər Nazirliyinə portal üzərindən müraciət göndərməlidir.

E-kassa təmir edildikdən sonra e-kassa operatoru onu vergi ödəyicisinə geri qaytarmalıdır. Ehtiyat e-kassaya quraşdırılmış nəzarət mexanizmi qurğusundakı məlumatlar Vergilər Nazirliyinə ötürülməlidir. Ehtiyat e-kassanın təmirdən qayıtmış e-kassa ilə əvəz olunması ilə bağlı proseslər aktla rəsmiləşdirilməli və bu barədə Vergilər Nazirliyinə məlumat verilməlidir.

Nəzarət mexanizmi qurğusunda yaranmış nasazlığı müvafiq qanunvericilikdə göstərilmiş müddətdə aradan qaldırmaq mümkün olmadıqda, qurğu e-kassa operatoruna təqdim edilməli, e-kassa operatoru isə yoxlanılması üçün onu Vergilər Nazirliyinə göndərməlidir. Mexanizm qurğusundakı məlumatların dəyişdirilməsi məqsədilə hər hansı əməliyyatın aparılıb-aparılmadığı Vergilər Nazirliyi tərəfindən yoxlanılır.

Nəzarət mexanizmi qurğusunun əvəz edilməsi

E-kassanın tərkib hissəsi olan nəzarət mexanizmi qurğusu yararsız hala düşdükdə yenisi ilə əvəz edilir.

E-kassaların tərkib hissəsi olan nəzarət mexanizmi qurğusunun əvəz edilməsi e-kassa operatorları tərəfindən qanunvericilikdə nəzərdə tutulan prosedurlar yerinə yetirilməklə həyata keçirilir.

Nəzarət mexanizmi qurğusu əvəz edildikdən sonra köhnə nəzarət mexanizmi qurğusunda kassa əməliyyatlarınının aparılması qadağandır. Köhnə nəzarət mexanizmi qurğusu uçotdan çıxarılmalıdır.

E-kassanın yoxlanılması

E-kassa operatoru e-kassaların quraşdırıldığı obyektə qanunvericilikdə nəzərdə tutulan müddətdən az olmayaraq baxış keçirməlidir. E-kassa operatoru e-kassaların daxilində və proqram təminatında olan uyğunsuzluqları sertifikatlaşdırılmış modelə uyğun yoxlamalı və nəticəsindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulan addımları atmalıdır.

Mənbə: e-kassa.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Elektron kassa
Print Friendly, PDF & Email