Elektron qaimə-fakturanın əldə edilməsi

posted in: Xəbər | 0
birbank biznes

Elektron qaimə-fakturanın əldə edilməsi

elektron qaimə-faktura

Elektron qaimə-faktura onlayn rejimdə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) vasitəsilə elektron qaydada tərtib edilərək və ya “Lazımi proqramlar”dan istifadə olunmaqla oflayn rejimdə tərtib edildikdən və elektron imza (o cümlədən “Asan imza”) vasitəsilə imzalandıqdan sonra malların, işlərin və xidmətlərin alıcısına göndərilir.

Odur ki, sahibkarlıq fəaliyyəti məqsədləri üçün mal (iş, xidmət) alınarkən həmin malların (işlərin, xidmətlərin) alınmasını təsdiq edən elektron qaimə-faktura satıcıdan tələb olunmalıdır.

Vergi Məcəlləsinn 58.13.-cü maddəsinə əsasən, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda, malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim olunmasına görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Buna görə də sahibkarlara tövsiyə olunur ki, fəaliyyətlərində risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamaları üçün mövcud qanunvericiliyin tələblərinə əməl etsinlər, malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim olunması hallarına yol verməsinlər.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Elektron qaimə-faktura
Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir