Elektron qaimə-faktura verməsək bizi hansı cərimələr gözləyir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

e-qaiməSual: Malların elektron qaimə-faktura verilmədən təqdim olunmasına görə cərimə tətbiq ediləcəkmi?

Cavab: Elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda, malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim olunmuş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.


Azərbaycan Respublikasının Yeni Vergi Məcəlləsi


Əsas: Vergi Məcəlləsi, 58.13-cü maddə və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun, 2.1-ci maddə.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email