Elektron xidmət növlərinin Siyahısına əlavə və dəyişikliklər edilib

posted in: Xəbər | 0
birbank biznes

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 537
Bakı şəhəri, 18 dekabr 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mərkəzi icra
hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti
tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret
sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və
“Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi
haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli, “Elmi
fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin
keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 11
oktyabr tarixli 416 nömrəli qərarlarında dəyişikliklər edilməsi və
“Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin
strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi
haqqında” 2017-ci il 10 noyabr tarixli 482 nömrəli Qərarının ləğv
edilməsi barədə

“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə 465, № 5, maddə 609, № 6, maddə 790, № 7, maddə 893, № 11, maddələr 1415, 1421, № 12, maddə 1573; 2016, № 2 (II kitab), maddələr 367, 384, № 4, maddələr 774, 830, № 5, maddə 955, № 7, maddələr 1340, 1355, 1358, № 8, maddələr 1446, 1448, № 9, maddə 1578, № 11, maddə 1928, № 12, maddələr 2219, 2233; 2017, № 2, maddə 277, № 4, maddə 624, № 5, maddələr 972, 986, № 6, maddə 1247, № 7, maddələr 1479, 1484, № 9, maddələr 1720, 1725, 1754, № 10, maddələr 1898, 1926, 1930, № 11, maddələr 2162, 2180; 2018, № 3, maddə 620, № 4, maddə 835, № 5, maddə 1139, № 7 (II kitab), maddə 1638, № 8, maddə 1806; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 2 oktyabr tarixli 426 nömrəli, 15 oktyabr tarixli 447 nömrəli, 24 oktyabr tarixli 463 nömrəli, 30 noyabr tarixli 516 nömrəli və 1 dekabr tarixli 521 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Elektron xidmət növlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 29.4-29.9-cu bəndlər ləğv edilsin;

1.2. 36-cı hissədə “Müəllif Hüquqları Agentliyi” sözləri “Əqli Mülkiyyət Agentliyi” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 36.6-36.12-ci bəndlər əlavə edilsin:

36.6.

Əmtəə nişanının və ya coğrafi göstəricinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

36.7. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və ya coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün müraciətin və sənədlərin qəbulu
36.8. Lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
36.9. İxtiraya, faydalı modelə və ya sənaye nümunəsinə patent verilməsi üçün müraciətin və sənədlərin qəbulu
36.10. Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
36.11. Apellyasiya şurasına etirazın (ərizənin) verilməsi
36.12.

Audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə nəzarət markasının verilməs

 

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 oktyabr tarixli 416 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1881) ilə təsdiq edilmiş “Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın 3.8-ci bəndində “Müəllif Hüquqları Agentliyində” sözləri “Əqli Mülkiyyət Agentliyində” sözləri ilə əvəz edilsin
  2. “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 noyabr tarixli 482 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2146) ləğv edilsin.

Azərbaycan Respublikasının
Baş naziri              Novruz Məmmədov


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email