birbank biznes

Elektron xidmətlərin istifadəsi zamanı yaranan xətalar

Vergi ödəyiciləri elektron xidmətlərdən istifadə zamanı bir sıra xətalarla rastlaşır. Bu xətaları xarakterinə görə aşağıdakı kimi qruplaşdıra bilərik:

  • Asan İmzadan istifadə zamanı rast gəlinən xətalar;
  • Onlayn xidmətlərdən istifadə zamanı yaranan xətalar;
  • AsanDOC istifadəsi zamanı xətalar.

Bu xətalar bir qayda olaraq # və üç rəqəmli ədədlə əks olunur. Aşağıda vergi ödəyicisinin elektron xidmətlərdən istifadəsi zamanı rastlaşdığı bəzi xətalar və onların açıqlanması verilib. 

Asan İmza üzrə xətalar

#91. Xəta: “No authentication certificate”

#93. Xəta: “Phone absent”

#107. Xəta: “Səhv: 0035”  Bu xəta o vaxt çıxır ki. Asan İmza nömrəsi borc ilə əlaqədar bağlanmışdır. Mobil operatora ödəniş olunmalıdır.

#117. Xəta: “Phone number and user ID are not related:…”  Bu o zaman ekrana çıxır ki, Asan İmza nömrəsi düz daxil edildiyi halda, İstifadəçi İD-si səhv daxil edilmişdir.

#122. Xəta: “Bu səhifəyə daxilolma hüququnuz olmadığı üçün səhifə açılmır”  Bu xəta o zaman baş verir ki, rəhbər işçisinə səlahiyyətlər verməyib.

#124. Xəta: “User Cancel”  Bu xəta ekrana o vaxt çıxır ki, istifadəçi telefona gələn “Yoxlama kodu” mesajını təsdiqləmək əvəzinə ya telefonunu söndürmüş və ya “Cancel (İmtina)”  düyməsini basmışdır.

#134. Xəta: “Connect to mis-live.asanimza.az:443 timed out”  Bu xəta baş verdikdə Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə müraciət etmək lazımdır.

 #137. Xəta: “SENDİNG ERROR”  Bu xəta adətən Azərbaycandan kənarda “Roaming”i bağlı olan istifadəçinin sistemə daxil olması zamanı ekrana çıxır. 

Onlayn xidmətlər üzrə xətalar

#127. Xəta: “Onlayn kargüzarlıq və e-VHF” bölməsinin “Elektron VHF” altsistemində dəqiqləşdirilən faktura göndərən zaman Axtar düyməsi işləmir.”

#136. Xəta: “4002: Sistemdə xəta baş verdi”

#139. Xəta: “Qeyri-adi naməlum hal”

#140. Xəta: “ƏDV-nin depozit hesabı altsistemində “undefined” xətası”

#149. Xəta: BTP və EFP-nin yüklənməsi ilə bağlı meydana çıxan xəta

#155. Xəta: 2513 (Ödəyici şəxsi hesab vərəqəsinə (ŞHV) baxmaq istədikdə – ödəyicinin göndərdiyi bəyannamədə uyğunsuzluq olması səbəbindən yaxud ödəyicisi bugünkü tarixdən daha irəli  tarixi seçərək axtarış etdikdə yaranır).

#156. Xəta: 1001 (Ödəyici məlumatlarında və sistemin işləmə vəziyyətində nəzərə alına bilinməyən hallar baş verdikdə bu xəta yaranır)

#157. Xəta: 1313 (Ödəyicinin göndərdiyi bəyannamədə uyğunsuzluq olması səbəbilə nəzərdə tutulmayan hal baş verdikdə (sistemdə avans vurularakən, avtomatik uyğunsuzluq yoxlaması olarkən, şəxsi hesab vərəqəyə məbləğ yazılarkən, “Packet Server” işləmədikdə və s.)  bu xəta çıxır).

#158. Xəta: 2001 (Bu hal fərdi qaydada araşdırılır. Bunun üçün Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə müraciət etmək lazımdır).

#159. Xəta: 2002 (Bu hal fərdi qaydada araşdırılır. Bunun üçün Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə müraciət etmək lazımdır).

#175. Xəta: “java.lang.NullPointerException” məzmunlu xəta

#178. Xəta: “Bu iş üçün öncə sistemə daxil olmaq lazımdır” məzmunlu mesaj

#179. Xəta: İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olarkən sistemin “donması”

#180. Xəta: Exceldə yığılmış qaimələri EFP-yə əlavə (import) etdikdə ƏDV məbləğində qəpik fərqi yaranması

#181. Xəta: İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olarkən yüklənmə gedir və “sistemdə xəta baş verdi” məzmunlu xəta baş verir

#182. Xəta: Təqdim edilmiş bəyannamə üzrə hesablanacaq vergi məbləğinin şəxsi hesab vərəqədə iki dəfə əks olunması

#183. Xəta: Şəxsə məxsus bank hesablarının gömrük orqanlarının məlumat bazasında görünməməsi

#184. Xəta: “Xüsusi notariusların gəlir vergisinin bəyannaməsi”ni göndərən zaman “… adlı paket xətalıdır. Zəhmət olmasa bəyannaməni BTP vasitəsi ilə tərtib edin göndərin” məzmunlu mesaj

#185. Xəta: “Dövlət rüsumu bəyənnaməsi”ni göndərən zaman “Yoxla” düyməsini sıxdıqdan sonra “Paket xətalıdır. Zəhmət olmasa bəyannaməni BTP vasitəsi ilə tərtib edin göndərin” məzmunlu xəta

#186. Xəta: Hüquqi şəxsin İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV DH və ŞHV” bölməsində depozit hesabı menyusu aktiv olmur

AsanDOC proqramı üzrə xətalar

#123. Xəta: “Sertifikatın statusu naməlumdur”  Bu xəta o zaman baş verir ki, istifadəçi versiyası aşağı olan AsanDoc proqramını yükləyib.

#125. Xəta: “Kompüterin vaxtını yoxlayın”  Bu xəta o zaman ekrana çıxır ki, kompüterin sistem tarixi cari tarixdən fərqlidir (bu tarix serverdən qəbul olunur).

#132. Xəta: “Sənədləri imzalamaq üçün mobil imza servisinə daxil olma tokenini yukləməlisiniz. Yükləmək istəyirsinizmi?”  Bu xəta istifadəçinin kompüterinə Asan Doc proqramı ilk dəfə quraşdırılan zaman ekrana çıxır.

Yuxarıda qeyd edilən xətalar tam siyahı deyil. Xətaların tam siyahısı və onların aradan qaldırılması qaydaları ilə buradan tanış olmaq olar.


 

Print Friendly, PDF & Email