» » » Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı

Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı

posted in: Xəbər | 0
Print Friendly, PDF & Email

Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramına ərizələrin qəbulu.

British Council Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramına ərizələrin qəbulunu elan edir.

Bu proqram BP və onun tərəfdaşlarının sosial investisiya layihələri çərçivəsində həyata keçirilir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə British Council tərəfindən icra olunur. Proqramın əsas məqsədi Bakı şəhərində yaşayan əlilliyi olan şəxslərin məşğulluq bacarıqlarını inkişaf etdirmək və onların iş perspektivlərini artırmaqdır. Bu məqsədə nail olmaq üçün layihənin iştirakçıları ingilis dili, kompüter və sosial bacarıqların inkişaf etdirilməsi üzrə təlimlərə cəlb ediləcəklər.

Layihədə iştirak etmək istəyən şəxslər seçim meyarları və tələb olunan şərtlərlə tanış olmaq üçün Proqram barədə elanı buradan oxuya bilərlər.

Müraciət üçün doldurulmuş Ərizə Forması 20 fevral 2018-ci il tarixindən gec olmayaraq nigar.nasrullayeva@britishcouncil.az elektron poçt ünvanına göndərilməlidir.

Layihə barədə sualınız olarsa Layihənin meneceri, Nigar Nəsrullayeva ilə əlaqə saxlaya bilərsiniz.

Mənbə: www.britishcouncil.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *