fbpx

Əmək haqqı fondunda mütəmadi artım göstəricisi sentyabrda 29,6, oktyabrda isə 34,2 faizə yüksəlib

posted in: Xəbər | 0

emek, Məşğulluq, Mikro və kiçik sahibkarlıqAzərbaycanda əmək haqlarında ciddi artımların edilməsi, məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında davamlı inkişaf və əməyin leqallaşdırılması sahəsində kompleks tədbirlər əmək haqqı fondunun da ciddi şəkildə artımı ilə nəticələnir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, 2019-cu ilin ötən aylarında bu istiqamətdə mütəmadi olaraq hər ay üzrə artım dinamikası qeydə alınıb. Xüsusilə də artım aydan-aya daha yüksək faizlə özünü göstərib.

Belə ki, əməkhaqqı fondunda bu ilin yanvarında artım göstəricisi 3,7 faiz, fevralda bundan iki dəfə çox – 7,4 faiz olub. Martda 10,5 faiz, apreldə 14,5 faiz, mayda 17,6 faiz, iyunda 18,8 faiz, iyulda 19,8, avqustda 21 faiz artım baş verib.

Son aylarda isə həmin artım göstəricisi daha da yüksəlib: sentyabrda əməkhaqqı fondunda artım 29,6 faiz, oktyabrda isə 34,2 faiz olub.

Mənbə: vergiler.az



Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!