Bu gün sizə əmək haqqı və ondan tutulmalar ilə bağlı müxtəlif düsturları göstərəcəm. Bildiyiniz kimi cari ildə əmək haqqından gəlir vergisinin hesablanması aşağıdakı üç addımla aparılır:

  1. Əgər əmək haqqı 0-dan böyük 155-dən kiçikdirsə, gəlir vergisi = 0
  2. Əgər əmək haqqı 155-dən böyük 2500-dən kiçidirsə, gəlir vergisi = (gross əmək haqqı-155)*14%
  3. Əgər əmək haqqı 2500-dən böyükdürsə, gəlir vergisi = 350 + (Gross əmək haqqı-2500)*25%

Fərz edək ki, gross əmək haqqı excel cədvəlinin C4 xanasındadır. Bu halda İF funksiyasından istifadə edərək, yuxarıda qeyd etdiyimiz alqoritmi excel formulasına çevirək:

=IF(C4<155,0,IF(C4<2500,(C4-155)*0.14,350+(C4-2500)*0.25))

Bu düsturu copy etməklə öz əmək haqqı cədvəllərinizdə rahatlıqla istifadə edə bilərsiniz.

Daha maraqlı problem net əmək haqqıdan gross əmək haqqını tapmaqdır. Bunu etmək üçün sizə maraqlı bir üsul göstərəcəm. Bunu excelin Goal seek funksiyası vasitəsi ilə etmək mümkündür (bu funksiyanın ünvanı Data->What if analysis->Goal Seek).

əmək haqqı formulaları

Aşağıdakı qaydada cədvəl tərtib edək:

əmək haqqı formulaları

Burada C5 sətrində yuxarıda qeyd etdiyimiz formuladan istifadə edilib. Həmkarlara tutulma yoxdursa D8 xanasına sadəcə 0 yazın.

İndi Goal Seek menyusunu açaq:

əmək haqqı formulaları

Burada Set cell: xanasına C10 yazırıq. To value: xanasına bizə lazım olan net məbləği əl ilə daxil edirik. Məsələn əgər bizə 2600 net məbləğə görə gross əmək haqqını tapmaq lazımdırsa 2600 məbləği əl ilə həmin xanaya daxil edirik. By changing cell: xanasına isə C4 daxil edirik. Bu parametrlərə görə Excel bizə əks hesablamanı aparır. Addımları bir daha göstərirəm:

əmək haqqı formulaları

Gördüyünüz kimi bu funksiya vasitəsi ilə biz müəyyən etdik ki, 2600 net əmək haqqı üçün gros əmək haqqı 3274.65 manat olmalıdır. Bütün bu əməliyyatlardan sonra yekun cədvəl bu formaya düşür:

əmək haqqı formulaları

Burada siz 2600 manatın yerinə sizin özünüzə lazım olan məbləği qoya bilərsiniz. Nəticə də həmin məbləğə uyğun olaraq alınacaq. İlk dəfə çətin görsənsə də əslində bir necə dəfə təkrar etdikdən sonra çox asan olacaq. Məşq etmək üçün məqalədə göstərilən faylı əlavə edirəm.

Əmək haqqı – Yüklə

Əgər göstərilən əməliyyatları etmək istəmisinizsə sadəcə olaraq əvvəlki məqalələrdə düzəltdiyim Net-gross şablonundan istifadə edə bilərsiniz.

Müəllif: Zaur İsmayılov

Print Friendly, PDF & Email