Məzuniyyətə görə kompensasiya və əmək haqqı ayrılıqda məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməlidir?

posted in: Xəbər | 0

Məzuniyyətlər üçün kompensasiya

İşçinin əmək müqaviləsinə xitam verilərkən ona bütün iş illərinin istifadə edilməmiş əsas məzuniyyətinə görə məzuniyyətə görə heç bir şərt və ya məhdudiyyət qoyulmadan  kompensasiya ödənilir. Əmək müqaviləsinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi, istifadə edilməmiş Kompensasiyanın verilməsi qaydası Əmək Məcəlləsinin 143-cü və 144-cü maddələri ilə tənzimlənir.

Qeyd etmək lazımdır ki, 144-cü maddənin 2-ci və 3-cü hissəsinin tətbiqi zamanı  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 fevral 2026-cı il tarixli Qərarını nəzər almaq lazımdır. Həmin qərara görə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərinə görə, istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi” təmin edilməlidir. Bu o deməkdir ki, istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya əsas məzuniyyətlə yanaşı həmin maddələrdə qeyd edilən əlavə məzuniyyətlərə də verilir. Həmin qərarın tam mətni ilə buradan tanış olmaq olar. Əlavə məzuniyyətlərə görə kompensasiyanın verilməsi barədə qərarın şərhi isə burada verilib.

Kompensasiyanın və əməkhaqqının eyni vaxtda verildiyi halda sosial sığortaya tutulma

Əmək müqaviləsinə xitam verilən zaman işəgötürən və işçiləri maraqlandıran əsas məsələlərdən biri istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiyanın və əmək haqqının eyna vaxtda verildiyi halda sosial sığorta tutulmaların hesablanması qaydasıdır.

Bunu aşağıda verilmiş sual-cavab əsasında izah edək.

Mühasibat xidmətləri

Sual: İşçiyə 30.11.20xx-cı il tarixində 600 AZN əməkhaqqı hesablanıb. Həmin ilin 15 noyabrında işçiyə 400 AZN əvvəlki ilin istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilib. Bu halda işçinin gəliri 1000 AZN olaraq sosial sığorta haqqına cəlb ediləcək, yoxsa 600 AZN ayrılıqda, 400 AZN ayrılıqda sosial sığorta haqqına cəlb edilməlidir?

Cavab:Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta (MDSS) haqlarına cəlb edilir.

Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqları 1 yanvar 2026-cı il tarixdən ödənildiyi halda gəlir vergisi və sosial sığorta haqları 1 yanvar 2026-cı il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır.

Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış istifadə olunmamış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci və 102.1.6-cı maddələri.

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyadan vergi tutulması məsələsi bizim saytın eyni adlı məqaləsində şərh olunub.