Əmək haqqı üzrə mühasib tələb olunur

Əmək haqqı üzrə mühasibVəzifə: Əmək haqqı üzrə mühasib

İşəgötürən: Baku Bus

Vəzifə öhdəlikləri:

– İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;
– Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və hesabların sistemdə yoxlanması;
– Məzuniyyət haqlarının,  xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
– DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsi;
– Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması və müvafiq vergilərin tutulması;
– Muzdlu işlə əlaqədar gəlir vergisinin bəyannaməsinin hazırlanması və təqdim olunması;
– Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması;
– İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;
– İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
– Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatların, ərizələrin hazırlanması və sualların cavablandırılması;
– Rəhbərliyin digər əlaqədar tapşırıqların yerinə yetirilməsi.

Bax: Tax Clinic MMC ‘Mühasib köməkçisi’ axtarır

Namizədə olan tələblər:

– Maliyyə, vergi və  ya mühasibat uçotu sahəsində ali təhsil;
– Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
– Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
– İdarəetmə, analitik təhlil və təşkilatçılıq qabiliyyəti.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi)  cv@bakubus.az / info@finstaff.az elektron ünvanına Subject/Mövzu hissəsində “Əmək haqqı üzrə mühasib”qeyd etməklə göndərə bilərsiniz.

Mənbə: jobsearch.az

Həmçinin bax:


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *