Əmək haqqı üzrə vergilər azaldılacaq

posted in: Vergi, Xəbər | 0
birbank biznes

əmək haqqıƏmək haqqı üzrə vergilər azaldılacaq


“Vergilər Nazirliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə işçilərin əmək haqqı üzrə vergilərin azaldılması ilə bağlı müzakirələr aparır”.

Bunu vergilər naziri Mikayıl Cabbarov deyib.

“Əmək haqları üzrə vahid vergi yükünün müəyyənləşdirilməsi təklif edilir. Bu, hazırda maaşlardan tutulan vergilərin əhəmiyyətli dərəcədə azalması deməkdir”, – o qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, Azərbaycanda kiçik və orta sahibkarların da vergi yükünün nəzərəçarpacaq dərəcədə azaldılması nəzərdə tutulub: “Bununla bağlı dövlət büdcəsi paketinə bir sıra dəyişikliklər edilə bilər. Vergi uçotunun bərpası da təklif edilən dəyişikliklərdən biridir”.

Nazir həmçinin vurğulayıb ki, vergidən yayınma hallarına görə cəza tədbirlərinin sərtləşdirilməsi də təklif edilir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email