Əmək haqqı və pensiyalar ilə bağlı yeniliklər gözlənilir

posted in: Xəbər | 0

Əmək haqqı və pensiya ilə bağlı yeniliklər gözlənilir

MəzuniyyətƏmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmək haqqı və pensiya sahəsində yeni təkliflər hazırlandığını bildirib:

“Azərbaycanın iqtisadiyyatı gücləndikcə, gəlirlər artdıqca ölkə başçısının əsas niyyəti bu gəlirin, ilk növbədə, əhalinin sosial müdafiəsinə yönəldilməsidir. Buna görə də Prezidentin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə həm əmək haqları, həm də pensiya sahəsində yeni təkliflər hazırlayıb. Yaxın günlərdə biz bu təklifləri ölkə başçısına təqdim edəcəyik”.

Sistemdə aparılan islahatlara toxunan nazir görülən tədbirlər nəticəsində bir çox sahədə artıq ciddi uğurların əldə olunduğunu bildirib: “Elektron pensiya təyinatına yanvarın 1-dən başlanılıb, qısa müddətdə 11 mindən çox vətəndaşımız tam şəkildə avtomatlaşdırılmış qaydada pensiya təyinatlarını alıblar. İnanırıq ki, sosial müdafiə sisteminin gələcəyi elektron sistemlər üzərindən qurulmalıdır”.

S.Babayev sosial sahədə şəffaflığın təmin olunmasına dair işlərin davam etdiriləcəyini deyib: “Aylıq 2 milyon 800 min insana xidmət və ödəniş həyata keçirilir. Burada qəsdən və ya texniki səhvə də yol verə bilərlər. Əgər saxtakarlığa yol verilibsə, hüquqi qiymət verilməsi üçün aidiyyəti qurumlara göndərilir. Qarşıya tələb qoyulur ki, vəsait geri qaytarılmalıdır. Əksər hallarda vəsaitlər təqsirkar vəzifəli şəxslər tərəfindən ödənilir”.

Nazir onu da əlavə edib ki, Azərbaycanda pensiya sisteminin inkişafına dair 5 illik fəaliyyət planı hazırlanır. Bunun üçün həm beynəlxalq təşkilatlar, həm də xarici şirkətlər cəlb edilib. Həmin planın önəmli komponentlərindən biri də özəl pensiya fondlarının yaradılmasıdır. Bu cür fondların fəaliyyətinə qanunvericilikdə qadağa olmadığını qeyd edən S.Babayev bu sahənin fəaliyyət mexanizmi, əhatə dairəsi, tətbiq olunması mexanizmi, hüquqi-maliyyə rejimlərinə dair ətraflı araşdırmalar nəticəsində müvafiq normativlərin hazırlanacağını bildirib.

Mənbə: vergiler.az


Bax: Əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artıma amortizasiya hesablanır?

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *