Əsas və əlavə iş yerində əmək haqqının cəmi 8000 manatı keçərsə vergi necə hesablanacaq?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi ödəyicisiSual: Öyrənmək istəyirik ki, əgər işçi, 2 iş yerində işləyirsə və 2 iş yerində cəm olaraq 8000 manatdan yuxarı əmək haqqı alırsa (ayrı-ayrılıqda 8000 manatdan az) bu halda gəlir vergisi necə hesablanır?

Cavab: Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir. Qeyd olunanlara əsasən sorğunuzda qeyd olunan əmək haqqlarının hər ikisi neft–qaz olmayan və qeyri-dövlət sektorundan olduğu halda 8000 manata qədər olan hissəsi gəlir vergisindən azaddır.

Bax: Vergi Məcəlləsinin 101.1-1-ci və 101.1-2-ci maddələri.


Sual: İşçi özəl-qeyri neft sektorunda 2 şirkətdə işləyir. Hər birindən 4500 AZN əmək haqqı alır. Cəmi 9000 AZN. Bu işçinin əmək haqqı 101.1-2 -ci maddəyə əsasən vergidən azaddır, ya əlavə iş yeri 1000 AZN vergiyə cəlb etməlidir?

Cavab: Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir. Qeyd olunanlara əsasən sorğunuzda qeyd olunan əmək haqqlarının hər ikisi neft–qaz olmayan və qeyri-dövlət sektorundan olduğu halda 8000 manata qədər olan hissəsi gəlir vergisindən azaddır.

Bax: Vergi Məcəlləsinin 101.1-1-ci və 101.1-2-ci maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email