Əmək haqqının verilməli olduğu (saxlandığı) hallar hansılardır?

posted in: Xəbər | 0
birbank biznes

əmək haqqı, müəllimlərin maaşı, büdcə daxilolmaları, ehtiyac meyarının məbləği, təqaüd, əmək haqqı, sosial müavinət,Pensiya, əmək haqqı, emek, orta aylıq əmək haqqı, əmək haqları əmək haqqıBu yazımızda Nazirlər Kabineti tərəfindən bəzi qurumlarda əmək haqqı saxlanılmaqla onların ödənişsiz məzuniyyətə getməsi barədə tədbir görüldükdən sonra cəmiyyətdə yaranan əmək haqqı saxlanması ifadəsindəki çaşqınlığı izahla aradan qaldırmağa çalışacağıq.

Qanunvericiliyə görə işçi dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir.

İşçinin iş yeri və orta əmək haqqının saxlandığı hallardan bəziləri aşağıdakı kimidir:

a) təhqiqat, ibtidai istintaq və məhkəmə orqanlarına (şahid, zərərçəkmiş şəxs, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi sifəti ilə) çağırıldıqda; – bu halda işçi həqiqətən də həmin qurumlarda olduğunu təsdiq edən sənədi iş yerinə təqdim etməli olacaq.

b) ictimai təşkilatların və əmək kollektivlərinin, habelə qanuni və ya etibarnamə əsasında işçilərin nümayəndəsi qismində məhkəmə iclaslarında iştirak etmək üçün cəlb edildikdə; – Bu halda da iştirakı təsdiq edən sənədi işəgötürənə təqdim etməli olacaq.

c) seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə seçici siyahılarının hazırlanması dövründə dairə və məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olduqda; – bu halı arayış və ya rəsmi məktubla təsdiq edərək işəgötürənə təqdim etməlidir.

d) müvafiq dövlət hakimiyyəti orqanlarının ictimai təşkilatların keçirdiyi forumlarda, müşavirələrdə, iclaslarda və digər tədbirlərdə iştirak etmək üçün işəgötürən tərəfindən və ya onun razılığı ilə cəlb olunduqda;

e) kollektiv danışıqların aparılmasına, kollektiv müqavilələrin, sazişlərin hazırlanmasına cəlb edildikdə; – bu halda hamsı kollektiv danışıq və ya sazişdə iştirak etməsi barədə işəgötürənə məlumat verilməsi məqsədəuyğundur.

f) mülkiyyətçinin maraqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəmələrdə iqtisadi mübahisələrin həllində iştirak etmək üçün cəlb edildikdə;

g) hərbi və fövqəladə vəziyyətlə əlaqədar, habelə təbii fəlakətin nəticələrinin aradan üçün müvafiq işlərin görülməsinə cəlb olunduqda; – qeyd etmək zəruridir ki, hərbi və fövqəladə vəziyyət dövlət tərəfindən müəyyən edildiyi üçün işçi cəlb edilmənin hər kəsə məlum olmayan hallarla bağlı olduğu təqdirdə səlahiyyətli qurumlardan təsdiqedici sənəd alaraq işəgötürənə verə bilər.

h) işəgötürən tərəfindən istehsalatdan ayrılmaqla əlavə təhsil müəssisələrinə göndərildikdə;

i) yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə;

J) müvafiq tədbirlərdə mülkiyyətçinin maraqlarını və qanuni mənafelərini müdafiə etmək və işəgötürəni təmsil etmək zəruriyyəti ilə bağlı iş yerindən kənara göndərildikdə;

K) donor olan işçilər tibbi müayinədən keçdikləri, qan və qan komponentlərini verdikləri gün; , bu halda tibb müəssisəsindən qan verməni təsdiqedici sənəd alınmalıdır.

l) tibbi müayinədən keçirilən zaman işçilər tibb müəssisəsində olduqları vaxt ərzində;

m) işçilərin öz ixtiralarını və səmərələşdirmə təkliflərini əsas iş yerindən kənarda tətbiqi işlərində iştirak etdikdə; – qanunverici işçilərin yaradıcılığı üçün güzəştli imkanlar nəzərdə tutmuşdur ki, bu halı da bir sübut kimi qeyd etmək olar. Sözsüz ki, işçi bu halı da işəgötürənə ətraflı izah etməli və təsdiqedici sənədi təqdim etməli olacaq.

n) bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş, habelə işəgötürən tərəfindən müəyyən edilən digər hallarda. Bu hala adi misal kimi ödənişsiz məzuniyyət zamanı əmək haqqı saxlanmasını misal göstərmək olar.

o) dövlət orqanlarının, elmi müəssisələrin, idarə və təşkilatların əməkdaşları, mütəxəssisləri və ekspertləri Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə cəlb edildikdə;

p) hakim vəzifəsinə namizədlər üçün ilkin uzunmüddətli tədris kurslarına göndərildikdə.

Qeyd etmək mümkündür ki, orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində işçinin qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. 2 aydan az işləndikdə isə faktiki iş günləri üzrə hesablanır.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Müəllifin digər yazısı:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Print Friendly, PDF & Email