Əmək haqqları hansı müddətdə və necə ödənilməlidir?

posted in: Xəbər | 0

Əmək haqqları hansı müddətdə və necə ödənilməlidir?

Buna görə məsuliyyət nəzərdə tutulurmu?

Bu məsələnin Rusiya Federasiyası timsalında necə həll olunduğuna  diqqət yetirmək qərarına gəldik.

Öncə qeyd edək ki, müəssisənin işçinin məvacibini gecikdirmək hüququ yoxdur. Əmək haqqının gecikdirilməsinə görə ciddi məsuliyyət nəzərdə tutulur.

Buna görə müəssisənin rəhbəri və mühasibi, eləcə də personal üzrə direktor (əgər belə bir vəzifə də nəzərdə tutulubsa) məsuliyyət daşıyır. Əgər siz ayda bir dəfə əmək haqqı verirsinizsə, bəs onda necə, məsuliyyət daşıyırsınızmı? Maaşların ayda bir dəfə verilməsi düzgün deyil. Əmək qanunvericiliyi bunu qadağan edir və əmək müfəttişliyi buna görə sizi cərimə edə bilər: şirkət rəhbərləri 2000 rubldan (60 manat) 5000 rubla (150 manat) qədər cərimə olunur;  iri şirkətlərin rəhbərlikləri isə buna görə 30.000 (900 manat) rubldan 50.000 rubla (1500 manat) kimi cərimə olunurlar və ya xəbərdarlıq alırlar. Hətta işçi özü ərizə ilə müraciət edib, ayda bir dəfə maaş almaq istədiyini xahiş etsə belə, siz onun bu xahişini yerinə yetirməməlisiniz. Yoxlama zamanı bu, işçinin hüquqlarının pozulması halı kimi qeydə alınacaq. Əgər, əmək haqqını gecikdirirsinizsə və ya ümumiyyətlə ödəmirsinizsə, yenə də bu cərimə ilə nəticələnəck: direktorlar buna görə 10.000 rubldan (300 manat) 20.000 rubla (600 manat) qədər, iri şirkətlərin rəhbərləri isə 30.000-dən 50 000 rubla kimi cərimə olunurlar. Bu hal təkrarlanarsa, rəhbərlik işdən çıxarıla bilər. İşdən kənarlaşdırılmanın müddəti 1 ildən 3 ilədək çəkə bilər.

Ümumiyyətlə, əməkdaşlara ödənilməli olan istənilən ödənişlər gecikdirilməli deyil. Bu normaların pozulması təkcə administrativ məsuliyyət deyil, həm də əlavə xərcləri nəzərdə tutur.

Birincisi – əgər siz əməkdaşlarınızın maaşını gecikdirmisinizsə, gecikdirilən hər günə görə faizlər də ödəməli olacaqsınız. Əgər, siz əmək haqqını vaxtında, lakin tam ödəmirsinizsə, onda ödəməli olduğunuz faizlər, ödənilməmiş məbləğdən hesablanacaq.

İkincisi – Əmək qanunvericiliyinə görə maaşları gecikdirən sahibkar həm də vurduğu mənəvi zərərə görə də işçiyə kompensasiya ödəməli olacaq. Bu kompensasiyanın miqdarı tərəflər arasında razılaşmaya əsasən təyin olunur. Tərəflər razılaşmadığı hallarda isə mənəvi zərər məhkəmə yolu ilə müəyyən olunur. Əmək haqqının gecikdirilməsinə görə təyin edilən kompensasiyadan vergi tutulmur. Əmək haqqının gecikdirilməsinə görə əməkdaşın bir il ərzində məhkəməyə müraciət etmək hüququ var.

Bəs əmək haqqının gecikdirilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulurmu? Əgər, gecikdirilmə üç ayı ötübsə, onda müəssisənin rəhbərinə qarşı cinayət işi qaldırıla bilər. Belə halda şirkətin rəhbərliyini ya 120 000 rubla (3600 manat)  kimi cərimə, ya bir ilə qədər işdən kənarlaşdırılma və ya bir ilə kimi həbs cəzası gözləyir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *