fbpx

Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması barədə işəgötürənlərə məlumatlar verilib

posted in: Xəbər | 0
birbank biznes

Məşğulluq, Mikro və kiçik sahibkarlıqƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Nəsimi rayonunda işəgötürənlər üçün “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirmə tədbiri keçirib. (Əmək münasibətləri, emek)

Tədbirdə əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə məlumat verilib. Qeyd edilib ki, işəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin rəsmiləşməsini təsdiq edən və bu münasibətlərin şərtlərini əks etdirən vacib sənəd olmaqla işçinin əmək və sosial hüquqlarının yaranmasına və müdafiəsinə əsaslı təminat yaradır. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulması vergi və sosial sığorta daxilolmalarında da əhəmiyyətli rola malikdir.

Həmçinin əmək müqaviləsinə xitam verilməsinin əsasları diqqətə çatdırılıb. O da bildirilib ki, əmək müqaviləsini ləğv etmək barədə əvvəlcədən xəbərdarlıq üçün ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz.

Qeyri-rəsmi məşğulluq və onun qarşısının alınması ilə bağlı da çıxışlar olub. Bildirilib ki, rəsmiləşdirilməyən əmək münasibəti işçiləri əmək və sosial hüquqlardan məhrum edir, vergi və sosial sığorta daxilolmalara ciddi ziyan vurulması ilə nəticələnir.Tədbirdə müvafiq mövzularda maarifləndirici çap materialları paylanıb, iştirakçıların sualları cavablandırılıb.

Mənbə: sosial.gov.az



Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!