Mikayıl Cabbarov: “Hər min vergi ödəyicisindən ikisi səyyar yoxlamaya məruz qalır”

posted in: Vergi, Xəbər | 0
birbank biznes

2019-cu ildə Azərbaycanda əmək müqavilələrinin sayı 18,4% artıb. Bunu “Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru” adlı konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, son nəticədə sosial sığorta ayırmaları üzrə daxilolmalar 24%, işsizlikdən sığorta üzrə daxilolmalarda 40% artım qeydə alınıb”, – o qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, ötən il sahibkarlıq subyektlərində yoxlamalar 44% azalıb, yoxlamalar nəticəsində hesablanmış ödəmələrin məbləği isə 18% artıb.

“Hazırda hər min ödəyicidən yalnız ikisi səyyar yoxlamaya məruz qalır. Büdcəyə daxil olan vergi daxil olmalarının 91%-i isə könüllü ödəmələr hesabına formalaşır”, – M.Cabbarov əlavə edib.

Nazir onu da əlavə edib ki, 2019-cu ildə hüquqi şəxslərin bank hesabları 19%, fiziki şəxslərin bank hesabları isə 26% artıb.

“Aktiv ƏDV ödəyicilərinin sayı 37,5%-ə qədər artıb və nəticədə ƏDV üzrə ümumi artım 16,4% təşkil edib”, – o qeyd edib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi
Print Friendly, PDF & Email