fbpx

İşəgötürənlər əmək müqavilələrində dəyişiklik etməlidirlər

birbank biznes

Dövlət rüsumuİşəgötürənlər əmək müqavilələrində dəyişiklik etməlidirlər.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti minimum əməkhaqqının 180 manata çatdırılması ilə əlaqədar işəgötürənlərə müraciət edib.

Xidmət işəgötürənlərin nəzərinə çatdırır ki, onlar minimum əməkhaqqından aşağı maaş alan işçilərin əməkhaqqını 180 manata çatdırmalıdırlar. İşəgötürənlər bununla bağlı əmək müqavilələrinə dəyişiklik edərək, martın 1-dək əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil etməlidirlər. 19 dərəcədən ibarət Vahid Tarif Cədvəli üzrə əməkhaqqı ödənilən işçilərdən maaşı minimum əməkhaqqından aşağı olan işçilərin də maaşlarında artım edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir. Müraciətdə qeyd olunur ki, müəyyən edilmiş vaxtadək məlumatları sistemə daxil etməyən işəgötürənlər üçün inzibati məsuliyyət yaranacaq: İnzibati Xətalar Məcəlləsinə əsasən, işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə cərimə nəzərdə tutulur.

Mənbə: vergiler.az

Print Friendly, PDF & Email
error: Content is protected !!