Son 10 gün ərzində əmək müqavilələrinin sayında ciddi artım qeydə alınıb

birbank biznes

işəgötürən, Səyyar yoxlamalar, 8 saatlıq iş rejimi, pensiya, Minimum pensiya,Minimum pensiyanın artırılmasıDövlət sektorunda əmək müqaviləsi ilə 910 min insan çalışır. Onların hər biri sosial müdafiə tədbirləri ilə əhatə olunub. Bütün dövlət qurumlarına müvafiq tapşırıq verilib və hər hansı əsassız ixtisarlara yol verilmir. Müəyyən edilmiş kvota çərçivəsində həyati vacib qurumların fəaliyyətini davam etdirməsi üçün minimal sayda işçi işə cəlb olunub. Digərləri isə əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilib. Onların gəlirlərinin davamlılığı təmin edilir.

Martın 23-nə olan məlumata görə, qeyri-dövlət sektorunda əmək müqaviləsi ilə işləyən insanların sayı 660 min nəfər idi. Onların qorunması üçün də işəgötürənlərlə ciddi şəkildə iş aparıldı.

Sevindirici haldır ki, son on gün ərzində əmək müqavilələrinin sayında ciddi artım qeydə alınıb.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev aprelin 7-də “Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər” mövzusunda keçirilən mətbuat konfransında deyib.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Nazirin sözlərinə görə, sahibkarlar həm dövlətin göstərəcəyi dəstək tədbirləri, həm də digər inzibati tədbirlər nəticəsində ixtisarlara yol vermədilər, öz işçilərini qorumağa çalışdılar, onlara ödənişli məzuniyyət verdilər. Yəni hansı sahələrin fəaliyyətinin davam etdirilməsinə icazə verilibsə, onlar davam etdilər, hansıların ki, fəaliyyəti dayandırılıb onlar da ödənişli məzuniyyətə göndərildilər. Bu da insanların gəlirlərinin azalmasına imkan vermədi. “Ümumilikdə əmək müqavilələri sistemi üzərindən nazirlik tərəfindən gündəlik monitorinq aparılır. Ləğv edilən hər bir əmək müqaviləsi üzrə işəgötürən, sahibkar, şirkətlə müzakirə aparılır. Onların obyektiv əsaslı səbəbləri olduğunu müəyyən etməyə çalışırıq. Sahibkarlara veriləcək bütün dövlət dəstəyi tədbirlərinin onların bu dövr ərzində işçilərin ixtisarına yol verməyəcəyi, işçilərin sosial müdafiəsinə zərər vuran addımlar atılmayacağı halda onlara çatacağı diqqətə çatdırılır. Bu tədbirlər nəticəsində hazırda qeyri-neft sektorunda əmək müqaviləsi ilə çalışan 690 min nəfəri əhatə edə bildik”.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Print Friendly, PDF & Email