Əmək müqaviləsi bağlamayan şirkətlərə qarşı yeni sanksiyalar tətbiq olunacaq

birbank biznes

əmək müqaviləsiAzərbaycan hökuməti işçiləri müqaviləsiz işlədən şirkətlərə qarşı ciddi tədbirlərə hazırlaşır. Tədbirlər eyni zamanda bir neçə məsələni əhatə edəcək.

Söhbət həm böyük məbləğdə cərimələrdən, həm də belə şirkətlərin dövlət sifarişlərindən kənarda qalmasından gedir.

Bu sahədə maraqlı yeniliklərən biri tikinti sektoruna aid olacaq. Xatırladaq ki, tikinti sahəsi işçilərin müqaviləsiz işlədildiyi və vergidən yayınan əsas sahələrdəndir.  Bunun qarşısını  almaq üçün planlaşdırılır ki, sifarişçi ilə podratçı, podratçı ilə subpodratçı arasında tikinti və təmir müqavilələri yeni qaydada bağlansın. Belə ki, bu müqavilələrdə tikinti və təmirin ümumi dəyəri, əməkhaqqı fondu, əmək məsrəfi (işçilərin sayı), təqvim planı, əldə olunacaq mənfəətin (gəlirin), vergi və sosial sığorta haqlarının həcmi ilə bağlı müddəalar məcburi şəkildə əks etdirilməlidir. Başqa sözlə, şirkətlər müqavilə bağlayanda görülən işlərlə yanaşı, bu işlər zamanı nə qədər işçinin çalışacağı, onlara nə qədər əmək haqqı veriləcəyi və ödəniləcək vergilər də göstəriləcək.  Hazırda bunnula bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır.

Həmçinin bax: Tikinti obyektlərində müşahidə kameraları quraşdırılıb

Dövlət sifarişlərindən məhrum olacaqlar

Ən maraqlı məsələlərdən biri işçilərlə əmək müqaviləsi bağlamayan şirkətlərə qarşı tətbiq olunacaq yeni sanksiyadır. Belə ki, planlara görə, işçilərini müqaviləsiz işlədən və buna görə cərimə edilən şirkətlər bir illik müddətə dövlət satınalmalarında iştirakına qadağa qoyulacaq.

Hazırda bununla bağlı da təkliflər hazırlanır.

Bundan başqa, qeyri-rəsmi məşğulluğun aşkar edilməsi üçün aparılan nəzarət tədbirlərində videoçəkilişlərin aparılması və elektron protokolların tərtibi də panladırılır.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Print Friendly, PDF & Email