Əmək müqaviləsi bağlandığı halda işçinin əldə etdiyi hüquqlar

Əmək müqaviləsi bağlandığı halda işçi hansı hüquqlar əldə edir?

Əmək müqaviləsiMinimum əmək haqqı almaq hüququ:

İşçi işəgötürənlə əmək müqaviləsini rəsmiləşdirməklə qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ əldə edir.

8 saatlıq iş hüququ

İşçi işəgötürənlə əmək müqaviləsini rəsmiləşdirməklə qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq hüququ əldə edir. Bununla belə, işçi müvafiq peşələr (vəzifələr), istehsalatlar üzrə iş yerlərində qanunvericiliklə müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq və qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək hüququna malikdir. Gündəlik normal iş vaxtının müddəti 8 saat, həftəlik normal iş vaxtının müddəti isə 40 saatdır. Lakin işçi işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində əmək funksiyasını yerinə yetirməyə cəlb edilə bilər ki, bu vaxt da o həmin artıq iş saatlarına görə əlavə əmək haqqı almaq hüququ əldə edir.

Əmək məzuniyyətindən istifadə hüququ

Əmək müqaviləsi ilə işləyən işçilər ödənişli məzuniyyət, yəni 21 təqvim günündən az olmayan əsas əmək məzuniyyəti, iş stajına görə əlavə məzuniyyət, sosial məzuniyyət, təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti, ödənişsiz məzuniyyət hüququna malikdirlər. Eyni zamanda əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

Peşə-əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta hüququ

İş vaxtı işçi peşə əmək qabiliyyətini, sağlamlığını itirərsə, eləcə də işəgötürənin təqsirli hərəkətləri nəticəsində işçiyə maddi, ya da mənəvi ziyan dəyərsə, işəgötürən qanunvericiliyə müvafiq qaydada məsuliyyət daşıyır və işçiyə dəymiş zərərin əvəzini tam şəkildə ödəmək işəgötürənin vəzifəsidir.

Xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə alınması hüququ

İşçi xəstələndikdə və ya işdən çıxdıqda o tam həcmdə xəstəlik və işdənçıxma müavinətini əldə etmə hüququ əldə edir.

Gələcəkdə layiqli əmək pensiyasının alınması imkanı

Əmək müqaviləsi ilə çalışan işçi əmək stajına uyğun olaraq gələcəkdə layiqli pensiya təminatı hüququ əldə edəcəkdir.

İpoteka və digər kreditləri almaq imkanı

Banklar tərəfindən istehlak və ya ipoteka kreditlərin verilməsi zamanı işçiyə veriləcək krediti qaytarmaq qabiliyyəti araşdırılarkən kredit istəyən şəxsin rəsmi qaydada təsdiqlənmiş gəlirləri nəzərə alınır və bu baxımdan da əmək münasibətlərini əmək müqaviləsi ilə rəsmiləşdirən şəxslərin istənilən krediti almaq imkanları daha genişdir. Bununla belə işçi mənzil şəraitinin, ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən müvafiq sosial yardımlar almaq imkanı da əldə edir.

Məhkəmədə hüquqların müdafiəsi

Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və müdafiə olunmaq hüququna malikdir. Qeyd edilənlər nəzərə alaraq işçi işəgötürənlə əmək müqaviləsi bağlamaqla və bunu işəgötürəndən tələb etməklə gələcəyini indidən düşünmüş olur.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Əmək müqaviləsi emek muqavilesi
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *