fbpx

Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (7-ci hissə)

Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (7-ci hissə) (əmək müqaviləsi)

6-cı hissəni oxumaq üçün keçidə daxil olun.

Qarşılıqlı razılıqla nəzərdə tutulan əlavə xitam halları…

Əmək müqaviləsində işçi və işəgötürən qarşılıqlı razılıqla Əmək Məcəlləsində göstərilən müqaviləyə xitam verilməsi ilə bağlı əlavə halları qeyd edə bilər. Bu hallara aşağıdakı hallar aid edilir:

1) tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə xitam verilməsi

2) işçinin səhhəti ilə əlaqədar müvafiq vəzifədə (peşədə) çalışması onun sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyi olduğu halda

3) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda

4) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdüyü halda

5) qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Onu da qeyd edək ki, bu halda əmək müqaviləsinə xitam verilməsinə dair tərəflər onların şərəf və ləyaqətini alçaldan, qanunvericilikdə nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmağa yönəldilən şərtlər müəyyən edə bilməzlər.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov.

8-ci hissəni oxumaq üçün keçidə daxil olun.


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!