Sual: Əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70 “a” (ləğv etmə) bəndi ilə xitam verilərkən ödənilən İşdənçıxma müavinəti vergi, sosial sığorta və 0.5 % işsizlik tutumuna cəlb olunurmu? (Əmək müqaviləsinə xitam)
Cavab: Əmək Məcəlləsinə müvafiq ödənilən təminatların gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində yalnız işçilərin sayı və ya ştatların ixtisar edildiyi hallara şamil edildiyindən, həmin vergi güzəştinin müəssisə ləğv edildiyi zaman işçiyə ödənilən müavinətlərə tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır və ümumi qaydada gəlir vergisinə cəlb olunur.
Müəssisənin ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dovlət sosial sığorta və işsizlikdən sığorta haqqına cəlb edilmir.
Əsas: Vergi Məcəlləsinin 98.1-ci və 102.1.4-cü maddələri, Əmək Məcəlləsinin 70-ci və 77-ci maddələri.
Mənbə: taxes.gov.az
Bax:
-
Əcnəbilərin gəlirləri vergiyə necə cəlb olunur?
-
Sadələşdirilmiş verginin ödəyiciləri risklərdən necə yan keçə bilər?
-
İcarəçinin təmir xərcləri bölüşdürülməmiş mənfəətdən silinə bilər?