Əmək müqaviləsinə xitam verilməsi qaydası

birbank biznes

Əmək müqaviləsi emek muqavilesiƏmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qeyd edilən əsaslar aşağıdakılardır:
• tərəflərdən birinin təşəbbüsü;
• əmək müqaviləsinin müddətinin qurtarması;
• əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
• müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar;
• tərəflərin iradəsindən asılı olmayan hallar;
• tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
• Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:
• müəssisə ləğv edildikdə;

• işçilərin sayı və ya ştatları ixtisar edildikdə;
• peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
• işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
• sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;
• dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

İşəgötürənin öhdəlikləri:

Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi ilə bağlı Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda Əmək Məcəlləsində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir:
• müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı;
• işçinin adı, atasının adı və soyadı;
• əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı;
• əmək müqaviləsinin ləğv edilməsinin əsası;
• həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi;
• əmək müqaviləsi ləğv edilən gün, ay və il;
• əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş “Əmək müqaviləsi bildirişi”nin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Bunun üçün “Elektron hökumət” portalında (https://www.e-gov.az/) “E-xidmətlər” bölməsinin ƏƏSMN tərəfindən təqdim olunan xidmətlər siyahısından “Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti seçildikdən sonra “Əsas səhifə”dən “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” menyusu seçilir. Bu pəncərədən “Əməliyyatlar” bölməsində yerləşən “Axtarış etmə imkanı” əmri vasitəsi ilə “işçi məlumatları” və ya “bildiriş məlumatları” üzrə axtarış etmək mümkündür. Qeyd olunan axtarış sahələrindən hər hansı birinə axtarış üçün göstərici daxil edərək “Axtar” düyməsi sıxılır.

Bu zaman axtarışa uyğun olaraq aşkar edilmiş məlumatlar cədvəldə əks olunur. Müvafiq işçi barədə məlumatlar seçildikdən sonra “Əməliyyatlar” bölməsindən “Xitam ver” əmri seçilir. Açılan məlumatların daxil edilməsi pəncərəsində əmək müqaviləsinə xitam verilməsi səbəbi soraqçadan seçilir, əmrin nömrəsi, tarixi və xitam tarixi əl ilə qeyd edilir. Müddətli bağlanmış əmək müqaviləsinin müddəti bitdikdə 7 gün ərzində xitam ilə bağlı əmək müqaviləsi bildirişi sistemə daxil edilmədikdə müqavilənin müddəti onda qeyd edilmiş müddət qədər uzadılır. 7 gün keçdikdən sonra xitam verilərsə əmək müqaviləsi bildirişi sistemə daxil edilərkən “Xitamın gecikmə səbəbi” soraqçadan seçim edilməlidir. “İşçini qiymətləndirin” bölməsindən işçinin əmək fəaliyyəti dövrü qiymətləndirilə bilər. Məlumatların doğruluğuna əmin olduqdan sonra “Təsdiqlə” düyməsi sıxılır.

Təsdiqdən sonra ekranda avtomatik olaraq əmək müqaviləsi bildirişinin imzalanması pəncərəsi açılır. Bu pəncərədə “İmzalamaq” düyməsi sıxılır və tələb olunan məlumatlar ardıcıllıqla daxil edilir. Əməliyyat yekunlaşdıqdan sonra bildirişin uğurla imzalanması barədə xəbərdarlıq ekranda əks olunur. “Yadda saxla” düyməsi vasitəsi ilə imzalanmış variant sistemdə saxlanılmalıdır.
Mənbə: taxes.gov.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

6 Responses

  1. İradə
    |

    Salam.
    İşçi işdən cıxmaq istədikdə necə gün öncədən ərizə yazmalıdır ?
    Bu müddətin vəzifəli şəxslərlə adi işçi üçün bir fərqi varmı ?

    Hörmətlə

  2. Sənan
    |

    Mən əmək müqaviləsini ləğv edilməsini istəyirəm

  3. Kamala
    |

    Salam. Sınaq müddətində olan işçi azı 3 gün öncədən ərizə yazmaqla məlumat verməli
    Sınaq müddətini keçmiş işçi işə 1 ay öncədən ərizə ilə müraciət etmeli

  4. Kamala
    |

    Salam. Sınaq müddətində olan işçi azı 3 gün öncədən ərizə yazmaqla məlumat verməli
    Sınaq müddətini keçmiş işçi işə 1 ay öncədən ərizə ilə müraciət etmeli

  5. Elvin Mustafazadeh
    |

    Salam, məni işdən azad edirlər, ixtisara düşmüşəm, mən həmin şirkətdə artıq 10 ildən çoxdur ki çalışıram, Zəhmət olmasa mənə ödəniləcək konpensasiya məbləği barədə məlumat verərdiniz. Yəni işlədiyim illərə görə konpensasiya məbləği neçə aylıq olmalıdır?

  6. A....
    |

    Salam Erizemi yazmışam sınaq müddətini keçməmişdən hələ ama iki hefdedi xitamimi vermirlər bu qanunidir?