fbpx

Əmək müqaviləsinin əsassız ləğvinin qadağan edilməsi ilə bağlı təklif verilib

posted in: Vergi, Xəbər | 0
birbank biznes

xarici şirkətOmbudsman əmək müqaviləsinin əsassız ləğvinin qadağan edilməsi ilə bağlı təklif verib.

Yaşa görə pensiya yaşına çatmağa 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin əsassız ləğv edilməsinin qadağan olunması təklif edilib. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2018-ci il üzrə illik məruzəsində qeyd olunub ki, işçilərin ixtisarı zamanı nəzərə alınmayan ən ciddi məsələlərdən biri də pensiya yaşının çatmasına azı 5-7 il qalmış şəxsin işdən azad edilməsidir: “Bu yaşda şəxslərin, xüsusilə qadınların işlə təmin edilməsi ciddi problemdir.

Odur ki, yaşa görə pensiya yaşına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin əsassız ləğv edilməsinin qadağan olunması, bununla bağlı Əmək Məcəlləsinin 79-cu maddəsinə, eyni zamanda işəgötürən tərəfindən müvafiq hallarda işə qəbuldan əsassız imtina olunmasına görə inzibati məsuliyyətin müəyyən edilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə müvafiq əlavənin edilməsi zəruridir”.
Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email
error: Content is protected !!