Əmək müqaviləsi olmadan işçilərin işə cəlb edilməsi halları aşkar olunub

posted in: Vergi, Xəbər | 0
birbank biznes

işə qəbul, Vergilər Nazirliyi, Üzləşmə aktı, Bəyannamələrin tərtibi, Bəyannamələrin tərtibi,, Şəxsi hesab vərəqəsi, Vergi işçiləri, Vergi öhdəliyi, ödənilməli vergilər, Məlumat Forması, ƏDV ödəyiciləri, E-qaimə altsistemi, istifadəçi təlimatı, E-qaimə, bəyannamə, arayış, hesabat, Vergi bəyannamələri, maliyyə sanksiyası, Təsis paylarının yüklülüyü, təsis payı, Vergi borcu barədə arayış, , Yerli MMC, şirkət,Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Vergi ödəyiciləri tərəfindən əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə vergi orqanları tərəfindən nəzarət tədbirləri davam etdirilir. (Əmək müqaviləsi)

Aparılmış nəzarət tədbirləri nəticəsində Sumqayıt şəhərində yerləşən “Ən Ucuz Market”lər şəbəkəsinə daxil olan 7 obyektdə əmək müqaviləsi olmadan ümumilikdə 33 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması halları aşkar edilib. Həmin obyektlərin hər birində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu və faktiki sahələrinin vergi orqanlarına təqdim edilmiş uçot sənədlərində bəyan edildiyi göstəricilərlə müqayisədə daha yüksək olduğu qeydə alınıb.

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, Cəlilov Elşən Firdovsi oğluna məxsus tikiş sexində aparılan vergi nəzarəti tədbirləri zamanı isə 16 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb olunduğu aşkar edilib. Həmçinin müəyyən edilib ki, vergidən yayınmaq məqsədilə vergi ödəyicisi fəaliyyət göstərdiyi obyekti vergi orqanlarında qeydiyyatdan keçirməyib.

Qeyd olunmalıdır ki, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin sayı 10 nəfərdən çox olduğu halda, cinayət tərkibi yaranır.

Vergilər Nazirliyi bildirir ki, işəgötürənlər işçilərin əmək müqaviləsi əsasında işə cəlb olunması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Habelə mal və pul vəsaitlərinin uçotdan gizlədilməsi hallarına yol verməməlidirlər. Vergi orqanları dövriyyələrini gizlədərək vergidən yayınan şəxslərin aşkar edilməsi məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir. Bir daha xəbərdarlıq edir ki, qanun pozuntularına yol verilməsi və vergidən yayınma hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq. İntizamsız vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək.

Vətəndaşların nəzərinə bir daha çatdırılır ki, əmək müqaviləsinin bağlanması, ilk növbədə, işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilib. İşçilər əmək müqaviləsi olmadan və ya işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-leqal əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Əmək müqaviləsi olmayan və əməkhaqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin ödənilməməsi ilə rastlaşır. Ən əsası, gələcəkdə pensiya təminatından məhrum olurlar. İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və yalnız rəsmi əməkhaqqı ödəməyi tələb etməklə hər bir işçi öz gələcəyini indidən düşünmüş olur.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Əmək müqaviləsi, 
Print Friendly, PDF & Email