Əmək qabiliyyətini itirmiş sığorta olunana sığorta ödənişinin təyin edilməsi hansı qaydada həyata keçirilir?

posted in: Xəbər | 0
birbank biznes
sığortaSual: İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirmiş sığorta olunana sığorta ödənişinin təyin edilməsi hansı qaydada həyata keçirilir?

Cavab: Sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müəyyən edildiyi, habelə sığorta ödənişini almaq üçün sığorta tələbi və müvafiq sənədlərin ona təqdim edildiyi tarixdən 10 iş günündən gec olmayaraq aşağıdakı müddətlərdə ödənilməlidir:

(Əmək qabiliyyətini itirmiş sığorta olunana aylıq sığorta ödənişlərinin verilməsi hansı hallarda dayandırıla bilər?)
  • aylıq sığorta ödənişləri – sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin TSEK tərəfindən müəyyən edildiyi tarixdən hesablanmaqla, sığorta ödənişinin verildiyi hər təqvim ayının 25-dən gec olmayaraq. Sığorta ödənişi verilməyə başlandığı ilk aydan əvvəlki hər hansı ayın müvafiq tarixindən hesablanmalı olduğu halda, sığorta ödənişinin verildiyi ilk ay üçün nəzərdə tutulan ödəniş məbləğində əvvəlki aya (aylara) aid olan ödəniş məbləğləri də əlavə olunur;
  • birdəfəlik sığorta ödənişi – sığorta ödənişinin təyin edildiyi tarixdən 3 iş günü müddətində;
  • əlavə sığorta ödənişi – TSEK-in müvafiq qərarı ilə təyin edildiyi tarixdən həmin qərarla müəyyən edilmiş müddətdə.

Sığorta müqaviləsi əsasında sığorta olunanın istehsalatda baş verən bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirməsi hallarında ona sığorta ödənişinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsinə görə müvafiq sığortaçı öhdəlik daşıyır.

Mənbə: nhmt-az.org

Əmək qabiliyyətini itirmiş sığorta olunana aylıq sığorta ödənişlərinin verilməsi hansı hallarda dayandırıla bilər?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email