Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müavinətinin hesablanması

posted in: Xəbər | 0
birbank biznes

müavinət, vergi, vergidən azad, iş vaxtı,Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir. İşəgötürən tərəfindən işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi üçün görə müavinətin hesablanmasını oxucular üçün asanlaşdırmaq məqsədilə qanunvericiliyin tələbləri əsasında aşağıdakı düstur formasına salmışıq:

Müavinətin məbləği = (((əvvəlki 12 ayın qazancı)/ (əvvəlki 12 ayda iş günlərin sayı) x müavinət dövründəki iş günlərin sayı) x (staj və kateqoriyaya görə faiz)

Əvvəlki 12 ayın qazancı – müavinət hesablandığı cari tarixdən öncəki 12 ay ərzində işçinin aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxil olmaqla cəmi əməkhaqqıdır.

Əvvəlki 12 ayda iş günlərinin sayı – müavinət hesablandığı cari tarixdən öncəki 12 ay ərzindəki iş günləridir. Burada işçinin neçə gün işləməsi nəzərə alınmır. İstehsalat təqviminə əsasən, aylar üzrə iş günlərinin sayı nəzərə alınır.

Müavinət dövründəki iş günlərinin sayı – işçinin xəstəlik dövründəki iş günlərinin cəmidir.

Staj və kateqoriyaya görə faiz – əsasnaməyə görə, işçinin iş stajı və digər sosial kateqoriyasına görə müəyyənləşdirilir.

İndi isə misal üzərində düsturun köməyi ilə hesablama aparaq.

Misal: Həftədə 5 günlük iş rejimində fəaliyyətdə göstərən “A” MMC-nin 15 illik stajı olan işçisi xəstəlik vərəqəsi təqdim edir ki, 11 okyabr 2019-cu il tarixdən əmək qabiliyyətini 6 günlük itirib. Əvvəlcə düstür üçün istifadə edəcəyimiz göstəriciləri müəyyən edək.

a) Əvvəlki 12 ayın qazancı:
İçinin əməkhaqqı 500 manatdır və son 12 ayda dəyişməz olduğundan son 12 aylıq gəliri 6.000 (500 manat x 12 ay) manat olub.

b) Əvvəlki 12 ayda iş günlərin sayını:

İşçi oktyabr ayında xəstələndiyi üçün son 12 aylıq (1 oktyabr 2018- 30 sentyabr 2019-cu il) dövrü əhatə edən iş günlərinin sayını tapaq:

Ay İş günlərinin sayı
1 Oktyabr 2018 23 gün
2 Noyabr 2018 21 gün
3 Dekabr 2018 20 gün
4 Yanvar 2019 21 gün
5 Fevral 2019 20 gün
6 Mart 2019 15 gün
7 Aprel 2019 22 gün
8 May 2019 21 gün
9 İyun 2019 16 gün
10 İyul 2019 23 gün
11 Avqust 2019 20 gün
12 Sentyabr 2019 21 gün

Cəmi: 243 gün

Cədvəldən göründüyü kimi, son 12 ay ərzində işçinin iş günlərinin sayı 243 gün olub.

c) Müavinət dövründəki iş günlərinin sayı

Xəstəlik vərəqəsinə əsasən, işçi 11 okyabr 2019-cu il tarixdən 6 gün işə çıxmayıb. İşçinin əmək qabiliyyətini itirməsinin başlanma tarixi (11 oktyabr 2019-cu il) cümə günüdür. 12-13 oktyabr 2019-cu il tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən işçi xəstəliyi səbəbindən əmək funksiyasını cəmi 4 iş günü (11, 14, 15 və 16 oktyabr 2019) icra etməyəcək.

d) Staj və kateqoriyaya görə faiz

Misalımızda işçinin stajı 15 il olduğu üçün, əsasnamənin 62-ci bəndinə əsaslansaq, 12 il və daha çox sosial sığorta stajı olan işçilər üçün qazancın 100 faizi miqdarında hesablama aparılmalıdır.

İndi isə əldə olunan göstəriciləri düsturda qeyd edək:

Müavinətin məbləği = ((6.000 manat)/ 243 gün) x 4 iş gün x 100 faiz = 98,76 manat.

Deməli, işəgötürən tərəfindən işçiyə əmək qabiliyyətini itirdiyi 11-16 oktyabr 2019-cu il tarixləri üçün 98,76 manat müavinət hesablanıb ödəniləcək.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email