» » » Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinəti almaq hüququ olan şəxslər

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinəti almaq hüququ olan şəxslər

posted in: Müavinət, Xəbər | 0
Print Friendly, PDF & Email

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi sosial sığorta hadisəsi hesab olunur və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün) sosial sığorta üzrə ödəmələrin bir növdür. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması və ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə» ilə tənzimlənir.

 

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinəti almaq hüququ olan şəxslər

Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün) almaq hüququ vardır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Müavinətin aylıq maksimal həddi yaşa görə əmək pensiyasının baza hissəsinin 25 mislindən artıq ola bilməz.

Misal. 22 iş günündən ibarət ay üçün müavinətin (yaşa görə əmək pensiyasının baza hissəsi 100 manat olduqda) gündəlik maksimal həddi 113,63 ((100 manat*25)/22) manatdan artıq ola bilməz.

Qanunvericiliyə görə əməyin ödənişi fonduna məcburi dövlət sosial sığorta haqqının hesablanmasından azad olunan işəgötürənlərdə işləyən şəxslərin hesablanmış əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinəti (qanunvericiliklə müəyyən olunmuş dövr üçün) hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğinin azadolmalar nəzərə alınmadan hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqının məbləğinə nisbətində almaq hüququ vardır.

Misal. 22 iş günündən ibarət ay üçün müavinətin (yaşa görə əmək pensiyasının baza hissəsi 100 manat olduqda) gündəlik maksimal həddi 13,63 ((100 manat*25)/22)*12% manatdan artıq ola bilməz.

 

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *