fbpx

Agentin həyata keçirdiyi əməliyyatların ƏDV-yə cəlb edilməsi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDV-nin əvəzləşdirilməsi, ƏDV-nin əvəzləşdirilməsində yeniliklər,ƏDV EDV Mənfəət vergisiHəm komisyon, həm də agent qaydasında aparılan əməliyyatlar üzrə ƏDV-nin hesablanması Vergi Məcəlləsinin 172-ci maddəsinə əsasən tənzimlənir. İqtisadçı ekspert Anar Bayramov bu maddədə diqqət yetirilməli olan məqamları şərh edir.

Tutaq ki, “A” MMC 10.000 manatlıq malları agent qaydada “S” MMC vasitəsilə təqdim edir və bu zaman həmin əməliyyatlar əlavə dəyər vergisinə cəlb edilir. Agent tərəfindən göstərilən xidmətlərə görə ona ödənilən haqlar ( mükafatlar) agentin vergi tutulan əməliyyatlarına daxil edilməklə yanaşı, digər şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir. Agent ƏDV üzrə vergi ödəyicisi olduqda, yalnız digər şəxsə göstərdiyi xidmətlərə görə elektron vergi hesab-fakturası verir. Elektron vergi hesab-fakturası ƏDV ödəyicisi olan digər şəxs tərəfindən agentə ödənilmiş ƏDV-ni əvəzləşdirmək hüququ verir.

İzah: Misalı davam etdirək. Tutaq ki, həmin 10.000 manatlıq satışa görə 15 faiz haqq ödənilməlidir. Bu zaman 1.500 manat (10.000 manat * 15 faiz) “A” MMC-nin gəlirindən çıxılan xərcinə aid edilir. Həmçinin, “S” MMC əlavə dəyər vergisi ödəyicisi olduğu halda, 1.500 manatlıq haqq üçün vergi hesab-fakturası təqdim etməlidir. “A” MMC həmin xidmət haqqına hesablanan ƏDV məbləğinin 324 manatını (1.800 manat * 18 faiz) qaydalara uyğun ödədiyi halda əvəzləşdirə bilər.

Digər şəxs tərəfindən agentə verilmiş malların (işlərin, xidmətlərin) dəyərinə əlavə dəyər vergisi daxil edilib-edilməməsindən asılı olmayaraq, agent malların (işlərin, xidmətlərin) alıcısına (sifarişçisinə) elektron vergi hesab-fakturası verə bilməz.

Bu maddəyə əsasən, “S” MMC agent qaydada aldığı malları başqa vergi ödəyicisinə satdığı halda, ona vergi hesab-fakturası verə bilməz.

Mənbə: vergiler.az



Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!