Bu halda əmlak vergisindən azad olma necə nəzərə alınır?

posted in: Xəbər | 0
birbank biznes

Sual 1. Şirkətin balansında rabitə və enerji ötürücü xətləri vardır. Bu xətlərin bir hissəsi şirkət xaricində olmaqla ötürücü funksiya daşıyır, bir hissəsi isə bina daxilidir. Rabitə və enerji ötürücü xətlərinin dəyəri əmlak vergisindən azaddırmı? (əmlak vergisi, emlak vergisi)

2. Yanğından mühafizə avadanlıqlarının dəyəri (məsələn, yanğın şiti, yanğınsöndürmə balonları, yanğın xətti, yanğın söndürmə sistemi) əmlak vergisindən azaddırmı?

Cavab: Vergi Məcəlləsinin 199.4.2-ci maddəsinə əsasən vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin, peyklərin və digər kosmik obyektlərin dəyərində azaldılır.

Vergi Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan azadolmalar müəssisələr tərəfindən istehsal edilmiş məhsulların istehlakçılara çatdırılması üçün istifadə etdikləri məhsul ötürən kəmərləri, rabitə və enerji ötürən xətlərini, daşımaların həyata keçirilməsi üçün istifadə edilən dəmir və avtomobil yollarını, həmçinin meliorasiya və suvarma sisteminə aid olan təsərrüfat subyektlərinin (obyektlərinin) (ayrıca uçota alınmaqla kodlaşdırılmış) əmlaklarını əhatə edir.

Cavab 2. Vergi Məcəlləsinin 199.4.1-ci maddəsinə əsasən ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin dəyəri əmlak vergisindən azad edilir.

Bax: Vergi Məcəlləsinin 199.4.1-ci və 199.4.2-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax: Turizm şirkəti xaricdə yerləşən otelə ödəmə edərsə hansı vergilər yaranır?

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
əmlak vergisi emlak vergisi
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *