fbpx

Əmlakın dəyişdirilməsi zamanı vergi öhdəliyi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Əmlak vergisi, Daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlak, icbari sığorta,Vergi Məcəlləsində ev satışı zamanı vətəndaşların vergi ödənişi olduğu bildirilir. Lakin ev satışı həyata keçirilmir və sadəcə yaşayış yerləri dəyişdirilirsə, bu zaman vergi öhdəliyi necə olacaq? (Əmlakın dəyişdirilməsi)

Vergilər Nazirliyinin açıqlamasına əsasən, fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir. Lakin mülkiyyətinizdə olan və 5 ildən az yaşayış yeri üzrə qeydiyyatda olduğunuz yaşayış sahəsi təqdim edilən zaman müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.

Əmlakın digər əmlakla dəyişdirilməsi zamanı əmlak üzərində mülkiyyət hüququ başqa şəxsə keçir ki, bu da əmlak təqdim edilməsi sayılır.

Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş əmsalın tətbiq edilməsi ilə müəyyən olunur.

Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün Vergilər Nazirliyinin rəsmi saytında “Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləğinin hesablanması” kalkulyatoru yerləşdirilmişdir.

Mənbə: vergiler.az



Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!