Hüquqi şəxs əmlakını satarsa vergi öhdəliyi necə hesablanır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergiSual: Nizamnamə kapitalı 100 ( bir yüz manat) manat olan Məhdud Məsuliyyətli Cəmiyyət özünəməxsus (Çıxarışı var) qalıq dəyəri 34 500 (otuz dörd min beş yüz ) manat olan 114 kvadratmetrlik qeyri-yaşayış sahəsinin 73 kvadrat metrini 80000,00 (səksən min) manata satır. Bu zaman Məhdud Məsuliyyətli Cəmiyyət üçün hansı vergi öhdəlikləri yaranır?

Cavab: Bildiririk ki, hüquqi şəxsin mənfəət vergisinin ödəyicisi olmasına baxmayaraq həmin şəxsin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin təqdim olunması sadələşdirilmiş vergiyə cəlb olunur. Hesablanmış verginin məbləğindən alğı-satqı əməliyyatını təqsdiqləyən notarius ödəmə mənbəyində vergini tutaraq dövlət büdcəsinə köçürməlidir.

Hüquqi şəxs tərəfindən təqdimolunma əməliyyatı ƏDV-yə cəlb olunmur. Eyni zamanda təqdim olunma nəticəsində əldə olunan gəlir mənfəət vergisinin vergi tutulan gəlirinə aid edilmir. Ödəmə mənbəyində notarius tərəfindən tutulmuş vergi də gəlirdən çıxılan xərclərə aid edilmir.

Bax: Vergi Məcəlləsinin 155.1-ci, 218.4.3-cü, 219.3-1-ci, 219.5-ci və 220.8-ci maddələri.
Mənbə: taxes.gov.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email