Ən məşhur vergidən yayınanlar

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

Bütün dünyada vergidən yayınanlarla mübarizə gedir və bu mübarizənin sonu görünmür. Hamı başa düşür: nə qədər ki, vergilər mövcud olacaq, heç nəyə baxmayaraq onları ödəmək istəməyənlər də həmişə olacaq. Bu yazıda sizə vergidən yayınan məşhurlar haqqında məlumat verəcəyik.

 

 

Amerikan aktyor Wesley Snipes, 2008-ci ildə vergi orqanlarına 15 milyon dollar ödəmədiyi üzə çıxdıqdan sonra ittiham olunaraq həbs edilib. O, həmin məbləğin üçdə birini ödəsə də, məhkəmə onu 3 il müddətinə azadlıqdan məhrum edib və o, Pensilvaniya ştatındakı Lewis Run islah düşərgəsində cəza çəkib.

 

 

 

Biznesmen və lobbiçi Jack Abramoff vergilərdən yayınma, maliyyə fırıldaqları, müştəriləri aldatma və vəzifəli şəxsləri pulla ələ almaqda ittiham olunub. O, 5 il 10 ay müddətinə həbs cəzasına və 21 milyon cərimə ödəməyə məhkum edilib. Hələ cəza çəkərkən, təkrar ittihamla üzləşib və daha 4 il cəza alıb. Eyni zamanda həmin istintaqla bağlı daha bir nəfər,  ABŞ nümayəndələr palatasında respublikaçılar çoxluğunun lideri Bob Ney də həbsxana barmaqlıqları arxasına düşdü.

 

 

İtaliyanın sabiq baş naziri Silvio Berlusconi məhkəmələrə sanki iş yerinə gedirmiş kimi baş çəkir. Siyasətçinin rəngarəng günahları arasında vergidən yayınma halları da az olmayıb. Belə ki, o, özünün mediaimperiyası olan Mediaset üçün televiziya hüququ əldə edərkən, vergidən yayınıb. Düzdür, oktyabr ayında bu ittihamlar onun üzərindən götürüldü. Lakin, həmin ittihamlar onun oğlu Pier Silvio Berlusconi və Mediaset mediaimperiyasının rəhbəri Fedele Confalonieri və bu iş üzrə daha 9 nəfərə yönəldildi.

 

 

Almaniyanın məşhur biznesmenlərindən biri, hökumət dairələrinə yaxınlığı ilə seçilən Klaus Tsuvvinkel səs-küylü vergi qalmaqalına görə 2 il şərti cəza və 1 milyon avro cərimə ödəmək kimi cəza aldı. İş ondadır ki, Almaniyanın maliyyə orqanları vergidən yayınanlarla bağlı məlumat əldə etmək üçün gizli əməliyyat həyata keçirmişdilər. Onlar Lixtenşteyndəki LGT bankının keçmiş əməkdaşından 5 milyon avroya bu bankın müştərilərinə aid məlumat bazasını satın almışdılar. Düzdür, bu sövdələşmə bəlli olduqdan sonra böyük hay-küy qopdu. Xüsusi xidmət orqanlarını çirkli işlərə bulaşmaqda ittiham etdilər. Amma, bu qalmaqallı hadisədən sonra vergi ödəməkdən yayınan bir çox iş adamları və digər insanlar öz günahlarını yumaq qərarına gəldilər və maliyyə orqanları ilə könüllü olaraq əməkdaşlıq etməyə başladılar.

 

 

Macarıstanda K&H Equities broker şirkətinin əməkdaşı A. Kulçar vergidən yayınmaya görə, 130 min dollarlıq mülkiyyəti müsadirə edilməklə 8 il müddətinə həbsə məhkum olunub.

 

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email