Ən təhlükəli peşələr (1-ci hissə)

birbank biznes

Yanğınsöndürən, xilasedici, polis, sınaqçı-təyyarəçi, mina axtaran peşələri ən təhlükəli peşələr hesab olunur. Maraqlıdır ki, sakit ofislərdə çalışanlar da bəzi hallarda böyük təhlükələrə məruz qalırlar.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, ofis işçiləri hətta tikinti, şaxtaçı və meşə sənayesi sahəsində çalışanlardan daha çox ciddi travmalara məruz qalırlar. Bununla yanaşı, travma alan ofis işçiləri iki kateqoriyaya bölünürlər: Birincilər – bu şəxslər öz təqsirləri üzündən zədə alırlar, ikincilər isə qəzəbli müştərilər, öz rəhbərləri və polislər tərəfindən təhlükəyə məruz qalırlar

Birinci qrupda mühəndislər, sistem administratorları, xadimələr, kuryerlər və katibələr, ikinci qrupda isə mühasiblər, hüquqşünaslar və rəhbərliyin müavinləri liderlik edirlər. Keçmiş postsovet respublikalarında ən təhlükəli peşələr sırasına katibələr, mühəndislər, mühasiblər və kuryerlər daxildilər.  

Resepşndə oturan qızlar kəsiklər, ətrafların sınığı, baş zədələri və yanıqlardan daha çox əziyyət çəkirlər. Peterburqdakı şirkətlərdən birində belə bir ənənə mövcud olub: iş gününün sonunda katibə həmişə menecerlər üçün şorba qızdırmalı olubmuş. Bir müddət hər şey sakit ötüşüb, rəhbərlik hər gün dadlı şorbadan zövq alıb, lakin, uğursuz günlərin birində qız qaynar şorba dolu boşqabları podnosda apararkən, üzərinə dağıdır. Əynindəki yun yubka yanıqları bir qədər də artırıb. O. ciddi yanıqlarla xəstəxanaya çatdırılıb.

Digər bir katibə isə Moskvada öz direktoru üçün su butılkaları ilə dolu qutunu aparırmış. Bu zaman qablaşdırma qutusu ağırlıqdan partlayıb və butılkalar qızın ayağına düşüb. Nəticədə katibənin ayaq vətərləri qırılıb.

Daha bir qız otaqda havanı yeniləmək üçün pəncərəni açıb. Pəncərənin çərçivəsi yaxşı bərkidilmədiyindən, qızın başına düşüb. Nəticədə katibə beyin silkələnməsi ilə xəstəxanaya çatdırılıb.

Ofis işçisi olan daha bir qadın şüşə qapıya çırpılaraq xəsarət alıb. Qapının tutacağı da şüşədən olduğundan, elə təəssürat yaranıb ki, ümumiyyətlə qapı yoxdur. Qadın çox tələsirmiş və sürətlə addımladığı anda qapıya çırpılıb. Nəticədə burnu qırılıb, dodaqları partlayıb və bir neçə dişindən olub…

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email