Ən təhlükəli peşələr (3-cü hissə)

birbank biznes

2008-ci ildə polis Rusiyada Sberbankın veksellərini hazırlayan cinayətkar qrupu həbs edir. Onlardan 20 milyon rubl dəyərində veksel alınır. Əgər, mühasibə əlinə həmin veksellərdən düşərdisə, CM-nin 186-cı maddəsilə “Qiymətli kağızların hazırlanması və satışı ilə məşğul olmaq” üstündə həbsxanaya düşə bilərdi.

Mühasibləri daha bir təhlükə də gözləyə bilər. Belə ki, iri məbləğdə pulları hətta gözətçinin müşaiyəti ilə aparan mühasib quldurluq məqsədilə törədilən qarətə məruz qala bilər. Belə bir quldurluq hadisəsi Moskva ətrafında baş verib. Mühasib gözətçinin müşaiyəti ilə 6 milyon rubl pulu apararkən, onlara silahlı qarətçilər hücum edib və bütün məbləği onun əlində alaraq, aradan çıxıblar. Düzdür, ölüm-itim halı baş verməyib, amma, böyük maliyyə itkisi baş verdiyindən, şirkət iflasa uğrayıb. Mühasib isə həm işindən olub, həm də ciddi sarsıntılara məruz qalıb.

Mühəndis peşəsi də təhlükəli peşələr siyahısına daxildir. Misal üçün, mühəndis-sazlayıcı Vladimir 3,5 metr hündürlükdə yıxılaraq dünyasını dəyişib. İşlər taxta döşənəklər üzərində aparılırmış və mühəndisin ayağının altındakı taxtalardan bir neçəsi qaçdığından, o aşağı yuvarlanıbmış.

Hidrostansiyalrın birində isə mühəndisin qolu dəzgaha düşüb. Kişi hadisənin necə baş verməsindən heç xəbər belə tutmayıb. Lakin, bəxti gətirb ki, yanında olanlar dəzgahı vaxtında saxlaya biliblər və kiçik cərrahiyyə əməliyyatı nəticəsində mühəndisin qolunu xilas etmək mümkün olub.

Ofislərdə də mühəndislərin başına az işlər gəlmir. Çox vaxt elektik xətlərini düzəldərkən cərəyan vurur, başqa ofislərə köçəndə isə üzərlərinə mebellər aşır və s. Bunlar azmış kimi, ofislərə köçəndə yeni yerdə otaqların düzənlənməsi məsuliyyəti də onların üzərinə düşür ki, bu zaman da risklər az olmur. Məs, Moskvada yeni ofisi qəbul edərkən, mühəndisin ayağı ikinci mərtəbədəykən  pilləkənlərdən sürüşüb və  o aşağı beton üzərinə düşüb. Yaxşı ki, kiçik sıyrıntlarla canını qurtara bilib. Həştəxan vilayətində də buna bənzər hadisə baş verib. Yeni otaqları qəbul edən mühəndis üçüncü mərtəbədə qapılardan birini açıb içəri daxil olmaq istəyib. Məlum olub ki, bu otqada, ümumiyyətlə, döşəmə yox imiş və mühəndis qapının dəstəyindən yapışmaqla özünü aşağı yuvarlanmaqdan birtəhər xilas edə bilib.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email