Ən yüksək əmək haqqı verilən ölkələr (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

əmək haqqı2-ci hissə

Siz hansı ölkələrdə daha yüksək əməkhaqqı verilməsi ilə heç maraqlanmısınızmı? Sizə qazandığınız qədər əməkhaqqı ödənilmədiyi barədə nə vaxtsa heç düşünmüsünüzmü?

Ən yüksək əməkhaqqı alan ölkələrin adları çəkilib. Gəlin bu on ölkənin sakinlərinin ən yüksək təmiz gəlirlərinə diqqət yetirək. Təmiz gəlir nə deməkdir? Bu, bütün yığımlar və vergilər çıxıldıqdan sonra işçinin əlinə verilən yəmiz maaşdır. Mahiyyətinə görə bu, mal və məhsullar almağa və göstərilən xidmətlərə görə pul ödənişlərə etməyə imkan verir. Hansı ki, işçilər bunu əməkhaqqını ağır zəhmətləri hesabına əldə edə bilirlər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Beləliklə, hansı ölkələrdə ən yüksək maaşlar verilir?

Bunu elə indi aydınlaşdıraq:

  1. İsveçrə

İsveçrə bir neçə göstərici üzrə, o cümlədən hakimiyyətin şəffaflığı, sosial hüquqlar, həyat keyfiyyəti, iqtisadi rəqabətlilik və insan inkişafına görə yüksək yerləri tutur. Həyat təminatına görə reytinqdə  bu ölkənin dördünçü yeri tutması tamamilə qanunauyğundur. İsveçrə istehsal sektoru Avropada ən aktiv və ən güclü hesab olunur. Bu ölkə tibb məhsulları və dərmanlar, kimya məhsulları, yüksək dəqiqliyi ilə fərlənən ölçü cihazları və musiqi alətləri istehsal edir. İsveçrədə illik təmiz gəlir 33 491 dollar təşkil edir. Yerli işçilər həftədə 35 saat çalışırlar.

  1. Norveç

Norveç təbii resusrslarına görə (hidro-lektrik enerjisi, balıqlar, minerallar) çox zəngin bir ölkədir. İsveçdə olduğu kimi Norveç də universal tibb xidmət və ali təhsil  təqdim edir, təbii ki, buna görə həm də ödəmək lazım gəlir. Norveçlilər öz gəlirlərinin 37 faizini vergilərə verirlər. Bütün tutulmalardn sonra onlar təmiz gəlir kimi ildə 33 492 dollar pul alırlar. Norveçlilər həftə ərzində orta hesabla 33,4 saat işləyirlər.

  1. Lüksemburq

Əgər, Bank of America və Chase ayrıca ölkələr olsaydılar, onlar Lüksemburqa çevrilərdilər. Lüksemburq – Avropanın maliyyə mərkəzidir. Vaxtilə ölkə Avropaya yalnız polad ixrac edidi, amma bu gün ixrac siyahısına kimya məhsulları, kauçuk, sənaye məhsulları və əlbəttə ki, maliyyə servisləri daxildir. Vergilər  (37,7 faiz) ödənildikdən sonra illik orta gəlirlər 38 951 dollar təşkil edir. Bu pulların sayəsində lüksemburqlular tam sosial müdafiə əldə edirlər.

Həmçinin bax: Bir iş saatına görə ən çox ödəniş edən ölkələrin reytinqi

1.ABŞ

Amerikalılar üçün yaxşı xəbər! Onlar ən yüksək təmiz gəlirə malik olmaları ilə bağlı fəxr edə bilərlər. Şübhəsizdir ki. ABŞ – dünyanın ən qüdrətli ölkəsidir. Burada olduqca zəngin təbii resurslar yerləşir, Birləşmiş Ştatlar – ən böyük idxalçıdır və həcminə görə isə ikinci böyük ixracatçıdır.  Amerikalı il ərzində vergilər (31,6%) tutulduqdan sonra 41 355 dollar təmiz gəlir əldə edir.  Amma, ABŞ-da bir çox insanlar tibb sığortası ala bilmir. Yeri gəlmişkən, ABŞ səhiyyə xərclərinə görə dünyada birinci yeri tutur, lakin sakinlərin səhiyyə tələbatlarının ödənilməsinə görə bunu söyləmək olmaz.  Eləcə də bu ölkədə dekretə görə müavinət ödənilmir. Bütün bunlara baxmayaraq, bu, ABŞ-a söhbət açdığımız reytinqdə birinci yeri tutmağa mane olmayıb.

İndi isə yuxarıda söylənilənlərin tam əksi olan bir ölkəni sizlərə təqdim edirik.

Ən kasıb ölkə

Şimali Koreya

Şimali Koreyanın ən aşağı gəlirlərə malik olması yəqin ki, heç kimi təəccübləndirməyəcək. Lakin, həmin gəlirlər nə dərəcədə aşağıdır? Mürəkkəb məsələdir, lakin, bir neçə maraqlı faktları diqqətə çatdıraq:

  • Şimali Koreya hökuməti son 60 il ərzində heç bir mühüm statistik rəqəmlər dərc etməyib.
  • Eyni məbləğə (milli valyuta – von) partiya nümayəndəsi adi tələbədən daha çox bazarlıq edə bilər. Baza tələbatlarının paylaşdırılması ilə bağlı sosial sistem, məhz, bu cür fəaliyyət göstərir.
  • Şimali Koreyada aylıq rəsmi gəlirlər – təxminən 1 dollardır (İnternational institute of Korean Studies məlumatına görə).

Real aylıq əməkhaqqı isə bu ölkədə 25-30 dollar təşkil edir. Rəqəmlərdəki fərq kölgə iqtisadiyyatı sayəsində ortaya çıxır: insanlar bir neçə iş yerində çalışırlar, kiçik sənaye və ticarət müəssisələrində qeyri-leqal işləyirlər.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email