fbpx

ƏDV məbləği ödənilib, əsas məbləğ ödənilməzsə əvəzləşməyə icazə verilirmi?

posted in: Vergi, Xəbər | 0
birbank biznes
ədv

ƏDV məbləği ödənilib, əsas məbləğ ödənilməzsə əvəzləşməyə icazə verilirmi?


Sual: Təmsil etdiyim A şirkəti B şirkətindən material almışdır. B şirkəti öz növbəsində e-qaimə göndərmişdir. Lakin B şirkətinə əsas məbləği ödəməyə vəsait olmadığı üçün yalnız ƏDV ödənmişdir. Xahiş edirəm aşağıdakı suallara aydınlıq gətirib ətraflı şəkildə məlumat verəsiniz.
    • ƏDV ödənildikdən sonra hansı müddətdə əsas məbləğ ödənilməlidir?
    • Əgər hansısa müddət varsa və bu müddətdə ödənilməyibsə hər hansı bir maliyyə sanksiyası varmı?
    • Ödənilmiş ƏDV əvəzləşdirmədə iştirak edə bilərmi?
    • Əgər iştirak edə bilmirsə, lakin əvəzləşmə artıq həyata keçirilibsə, buna görə maliyyə sanksiyası varmı?
Cavab: Bildiririk ki, vergi ödəyicisinə verilmiş elektron vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği ödənilməlidir. Eyni zamanda bildiririk ki, maliyyə sanksiyası vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında tətbiq edilir. Əvəzləşdirmə ilə bağlı isə bildiririk ki, malların dəyəri ödənilmədən ƏDV məbləği ödənildiyi halda əvəzləşdirməyə yol verilmir.

Belə ki, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən ƏDV-nin ödəyicisi tərəfindən ƏDV məbləğinin əvəzləşdirilməsi üçün:

– verginin məbləği xüsusi ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilməlidir;

– malın (işin, xidmətin) dəyəri nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilməlidir;

– alınmış mal (iş, xidmət) sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə olunmalıdır;

– vergi ödəyicisinə təqdim olunan mallara (işlərə, xidmətlərə) elektron vergi hesab-fakturaları verilməlidir.

Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq verginin əvəzləşdirilməsinə əsas verir.

Göstərilən tələblərə əsasən ödənilən ƏDV məbləğinin büdcədən əvəzləşdirilməsinə vergi qanunvericiliyində məhdudiyyət qoyulmur.

Bax: Vergi Məcəlləsinin 58.6-cı və 175-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax: Turagentlərə tətbiq edilən vergi güzəştləri


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Print Friendly, PDF & Email
error: Content is protected !!