Əsas və ƏDV məbləği ayrı-ayrı vaxtlarda daxil olarsa, ƏDV bəyannaməsində hansı tarix nəzərə alınmalıdır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDV bəyannaməsiSual: Müəssisəyə may ayının 180 manat ƏDV-si avans olaraq daxil olmuş, əsas məbləğ 1.000 manat avans isə iyunun 1-də. Bu halda vaxt fərqinə görə (ƏDV və əsas məbləğ) ƏDV dövriyyəsi hansı dövrə düşəcək? May yoxsa iyun ƏDV bəyannaməsində?


ƏDV bəyannaməsi: E-Qaimə yoxsa E-VHF tarixini əsas götürməli?

Cavab: Bildiririk ki, ödəmə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) əvvəl həyata keçirilirsə və 5 gün ərzində həmin mallar təqdim edilib (işlər görülüb, xidmətlər göstərilib) elektron vergi hesab-fakturası təqdim olunmursa, belə olan halda vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi Məcəlləsinin 166.2-ci maddəsində nəzərdə tutulan ödəmə dedikdə isə malların (işlərin, xidmətlərin) əsas məbləğinin (ƏDV-siz dəyərinin) həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin hesabına avans qaydasında ödənilməsi nəzərdə tutulur. Müvafiq olaraq sorğunuzda qeyd edilən halda vergi tutulan əməliyyatın vaxtı kimi əsas məbləğin daxil olduğu ay, yəni iyun ayı müəyyən olunmalıdır.

Bax: Vergi Məcəlləsinin 166.2-ci maddəsi.

Mənbə: taxes.gov.az


Geri qaytarılan məbləğ ƏDV bəyannaməsinin hansı sətrində qeyd edilməlidir?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email