Əsas və ƏDV məbləğinin eyni gündə ödənməməsinə görə vergi yoxlaması VHF-ni ləğv edə bilər?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergiƏsas və ƏDV məbləğinin eyni gündə ödənməməsinə görə vergi yoxlaması VHF-ni (Vergi hesab-fakturasını) ləğv edə bilər?


Sual: Sualım ƏDV ödəyiciləri ilə bağlıdır. Müəssisə alqı-satqı ilə məşğul olur. Malların təqdim edilməsi zamanı ödənişi edən tərəf müəyyən səbəblərdən əsas məbləğ ilə ƏDV məbləğini eyni tarixdə ödəyə bilməmişdir.

Vergi müfəttişi bu vəziyyətdə iddia edir ki, sizin göndərdiyiniz elektron vergi hesab-fakturasını ləğv edəcəm və hər iki tərəfə cərimə yazacam və israrla qeyd edir ki, bu qanunda mövcuddur. Sualı əsaslı olaraq cavablandırmanızı xahiş edirəm.

Cavab: Bildiririk ki, vergi qanunvericiliyinin tələblərinə əsasən elektron vergi hesab-fakturası satıcı tərəfindən malların təqdim olunmasından sonrakı 5 gün ərzində təqdim olunmalıdır.

Bu tələbə riayət edilməməsinə görə verilmiş elektron vergi hesab-fakturanın (VHF) ləğv edilməsi vergi qanunvericiliyində və inzibatçılığında nəzərdə tutulmamışdır.

Lakin ƏDV məbləğini ödəmədən malın dəyərini ödəyən şəxsə Vergi Məcəlləsinin 58.6-cı maddəsində qeyd olunan qaydada maliyyə sanksiyası tətbiq olunur.

Bax: Vergi Məcəlləsinin 58.6-cı və 176-cı maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email