Əsas vergi nəzəriyyələri və onların müasir şərhi (2-ci hissə)

posted in: Vergi, Xəbər | 0
birbank biznes

VHF vergi hesabƏsas vergi nəzəriyyələri və onların müasir şərhi (2-ci hissə)

1-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Vergi nəzəriyyələri vergilərin mahiyyəti və əhəmiyyəti haqqında elmi biliklərin müəyyən sistemini, yəni, bu və ya digər təyinatlı verginin tanınmasından asılı olaraq dövlətdə vergitutma modellərinin müxtəlif variantlarını nəzərdə tutur.

Vergitutma praktikasının nəzəri əsaslandırılması cəhdləri vergi nəzəriyyələrində öz əksini tapmışdır. Onların təkamülü iqtisadi fikrin müxtəlif istiqamətlərinin inkişafı ilə eyni vaxtda baş vermişdir. Vergi sistemlərinin konseptual modelləri dövlətin iqtisadi siyasətindən asılı olaraq dəyişilirdi.

Uzun müddət iqtisadiyyatda vergilərin rolu haqqında yalnız klassik təsəvvür hakim idi. 200 il bundan əvvəl A. Smit tərəfindən dövlət maliyyəsinin təkamülü haqqında təlim yaradılıb və o, vergi sisteminin formalaşmasının kifayət qədər yüksək inkişaf səviyyəsinə malik dövlətdə baş verdiyini iddia edib. Şotland iqtisadçısı vergi sistemini müstəqil təsərrüfat subyektlərinin gəlirlərinin bir hissəsinin az və ya çox nizamlı və sistematik alınması kimi müəyyən etmişdir. Alim-klassiklər U. Petti, J. B. Sey və ingilis iqtisadçıları D. Rikardo, C. Till iqtisadiyyatı davamlı və özünü tənzimləyən bir sistem hesab edirdilər ki, burada tələb təklif yaradır, bu və ya digərinin həddən artıq bolluğu isə istehsalçıların təsərrüfat çatışmazlığına köçürülməsi yolu ilə özünü balanslaşdırır. Onlar vergilərə dövlət büdcəsinin gəlir mənbələri rolunu ayırmışdılar.

Polemikanı isə vergilərin ədalətli prinsiplər (bərabər və ya mütərəqqi) və fiskal ehtiyacı səbəbindən azad edilən hissənin ölçüsü üzrə aparırdılar. Lakin, cəmiyyətdə iqtisadi münasibətlərin kəskinləşməsi ilə, obyektiv dövri proseslərin təsiri altında klassik doktrinaya düzəliş etmək, dövlətin rolunu vurğulamaq, iqtisadi proseslərə təsirini aydınlaşdırmaq, həmçinin vergitutmanın sosial-iqtisadi hüdudlarını tənzimləmək ehtiyacı yaranmışdı. Yeni elmi nəzəriyyələr ortaya çıxdı.

Keynsian nəzəriyyəsi iqtisadiyyatın ümumi fəaliyyətinin təhlili elementlərini əks etdirir. Dövlət tənzimlənməsinin mühüm makroiqtisadi istiqamətlərini əsaslandırır. C.M. Keyns mütərəqqi vergitutmanın tərəfdarı idi. Çünki o, mütərəqqi vergi sisteminin kapital qoyuluşları ilə əlaqədar istehsalçı riskini qəbul etməsini stimullaşdırdığına inanırdı. Onun nəzəriyyəsinin mühüm müddəalarından biri iqtisadi artımın tam məşğulluq şəraitində kifayət qədər pul qənaətindən asılı olmasıdır.

Əks təqdirdə, böyük qənaət iqtisadi artıma mane olur, çünki istehsala qoyulmayan passiv gəlir mənbəyidir. Beləliklə, artıq qənaət aradan qaldırılmalıdır. Bunun üçün isə əmanətə qoyulan gəlirlərin vergilər vasitəsilə götürülməsinə və bu vəsait hesabına investisiyaların, habelə cari dövlət xərclərinin maliyyələşdirilməsinə yönəldilmiş dövlət müdaxiləsi tələb olunur. Keyns nəzəriyyəsinə görə, vergilər iqtisadi sistemdə inteqrasiya edilmiş çevik mexanizmləri kimi fəaliyyət göstərir. Yüksək (mütərəqqi) vergilər müsbət rol oynayır. Büdcənin ayrılmaz hissəsi olaraq, bu iqtisadi kateqoriya iqtisadiyyatda tarazlığa təsir göstərir. Belə ki, vergi daxilolmalarının azalması büdcənin gəlirlərini azaldır və iqtisadi dayanıqsızlığı artırır.

Daxili stabilizator kimi vergilər isə bu prosesi hamarlayır:

  • iqtisadi yüksəliş zamanı vergiyə cəlb edilən gəlirlər vergi gəlirlərindən daha yavaş artır;
  • böhran zamanı vergilər gəlirlərin düşməsindən daha sürətlə azalır-bununla da cəmiyyətdə nisbətən sabit sosial vəziyyət yaranır.

Beləliklə, büdcəyə vergi daxilolmaları yalnız vergi dərəcəsinin həcmindən asılı deyil, həm də gəlirin mütərəqqi gəlir şkalası üzrə cəlb edilən gəlirlərin məbləğindəki dəyişikliklərlə bağlıdır. Dəyişikliklər avtomatik olaraq baş verir; onlar gəlir səviyyəsinə nisbətən vergi daxilolmalarında daha əhəmiyyətlidir.


3-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email