Müəssisələrin əsas vəsaitlərinə amortizasiya məbləğinin hesablanması qaydası

posted in: Xəbər | 0
birbank biznes

Əsas vəsaitlər üçün amortizasiya məbləğinin hesablanması

vakansiya mühasibVergi Məcəlləsinin 114.6-cı maddəsinə əsasən, amortizasiya hesablanması məqsədləri üçün vergi ilinin sonuna qalıq dəyərini tapmaqdan ötrü əsas vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin ilə hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) VM 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə Vergi Məcəlləsinin 115-ci maddəsinə əsasən müəyyən edilmiş təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir. Vergi ilində təqdim olunmuş, ləğv edilmiş və qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Bu maddələrin tətbiqinin əsas məqsədi amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər üzrə vergi ilinin sonuna qalıq dəyərini tapmaq və alınan dəyərə amortizasiya norması tətbiq etməklə həmin əsas vəsaitə hesablanmış amortizasiya məbləğini müəyyənləşdirməkdir.

114.6-cı maddəni daha yaxşı anlamaq üçün amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər üzrə vergi ilinin sonuna qalıq dəyərini hesablamaq qaydasında diqqət yetirilməli məqamları nəzərdən keçirək.

Əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinin (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) üstünə Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri və cari ildə Vergi Məcəlləsinin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi gəlinir. Bundan vergi ilində təqdim olunmuş, ləğv edilmiş əsas vəsaitlərin qalıq dəyəri və qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olan əsas vəsaitlərin qalıq dəyəri çıxılır, nəticədə əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri alınır.

Misal: Tutaq ki, əvvəlki ilin sonuna (həmin il üçün hesablanmış amortizasiya ayırmaları çıxıldıqdan sonra) hüquqi şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi əsas vəsaitlərinin qalıq dəyəri 50.000 manat təşkil edib. Cari ildə o, 10.000 manat dəyərində əsas vəsait alıb, təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi isə 5.000 manat təşkil edib. Kateqoriyaya aid qalıq dəyəri 1.000 manat olan əsas vəsait təqdim edib, qalıq dəyəri 1.500 manat olan əsas vəsait isə ləğv edilərək 400 manat qalıq dəyəri olan əsas vəsaiti olub və ilkin dəyəri 50.000 manat olan digər əsas vəsaitın qalıq dəyəri isə 2.000 manat, yəni onun ilkin dəyərinin 5 faizindən az olub.

Bu hal üzrə hüquqi şəxsin amortizasiya məqsədləri üçün əsas vəsaitlərinin cari ilin sonuna qalıq dəyərini hesablayaq:

Əvvəlcə əsas vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyərini (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) müəyyənləşdirək. Misalda əsas vəsaitin əvvəlki ilin sonuna qalıq dəyəri 50.000 manat olduğu üçün növbəti addım olaraq bu məbləğin üzərinə cari ildə daxil olmuş 10.000 manat dəyərində əsas vəsaiti əlavə edirik. Üçüncü, bu məbləğin üzərinə cari ildə təmir xərclərinin məhdudlaşdırmadan artıq olan 5.000 manat məbləği əlavə edirik, dördüncü, bu məbləğdən vergi ilində təqdim olunmuş 1.000 manat və ləğv edilmiş 1.500 manat məbləğində əsas vəsaitlərin qalıq dəyərini çıxırıq. Nəhayət, bu məbləğdən qalıq dəyəri 500 manatdan az olduğu üçün 400 manat və ilkin dəyərin 5 faizindən az olduğu üçün 2.000 manat məbləğində əsas vəsaitlərin qalıq dəyərini çıxdıqdan sonra qalan 60.100 manat (50.000 + 10.000 + 5.000 – 1.000 –1.500 – 400 – 2.000 = 60.100) məbləği əsas vəsaitin vergi ilinin sonuna qalıq dəyərini təşkil edir. Bu məbləğə də müvafiq amortizasiya normasını tətbiq etməklə hesablanmalı amortizasiya məbləğini tapmaq olar.

Mənbə: vergiler.az

esas vesaitler

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Print Friendly, PDF & Email