Estoniya vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

vergi sistemi2-ci hissə

Dövriyyədən tutulan vergi (DTV) barədə daha ətraflı

DTV, VÖEN və ƏDV – Estoniyada bu ekvivalent anlayışdır və 20%-ə bərabərdir. Dövriyyədən tutulan vergiyə satılan mallar və ölkə ərazisində sahibkarlıq qaydasında göstərilən xidmətlər, eləcə də Estoniyaya idxal olunan mallar və xidmətlər cəlb olunur. Bəzi hallarda dövriyyədən tutulan vergi tarifi 9% (kitablar, dərmanlar, konsert və tamaşalar üçün biletlər) və ya 0%-ə (Estoniydan mallar və xidmətlərin ixracı) bərabər olur. Əgər, sahibkar Estoniya ərazisindən kənarda mal satır və ya xidmət göstərirsə, belədə dövriyyədən vergi ödəmir. Eləcə də mallar gömrük ərazisində və ya Avropa İttifaqı ərazisində satılırsa, bu halda da sözügedən vergi ödənilmir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Dövriyyə vergisi ödəyicisinin qeydiyyatı

Gömrük və vergi departamenti 2004-cü ildən başlayaraq, Estoniya ərazisində fəaliyyət göstərən və illik dövriyyəsi 40.000 avro təşkil edən şirkətləri dövriyyədən vergi ödəyicisi kimi qeydiyyata alırlar.

Əgər, yeni və ya satın alınmış şirkət dərhal fəaliyyətə başlayırsa, yeni idarə heyəti illik 40.000 avroluq dövriyyəni  gözləmədən qeydiyyata düşə bilər. Adətən vergi ödəyicisi kimi ərizə verildikdən sonrakı 2-5 gün ərzində qeydiyyata düşmək olur.

Audit

Estoniya müəssisələri üç şərtdən ikisini yerinə yetirirlərsə, onda auditor yoxlamasından keçməlidirlər:

  • işçilərin sayı 30 nəfərdən başlayırsa;
  • gəlir 2 000 000 avro təşkil edirsə;
  • balansın həcmi 1 000 000 avro təşkil edirsə i və ya üç şərtdən biri;
  • gəlir 6 000 000 avro təşkil edirsə;
  • balansın həcmi 3 500 000 avro təşkil edirsə;
  • işçilərin sayı 90 nəfərdən başlayırsa.
Həmçinin bax: Çin Xalq Respublikasının vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Hesabatlar aşağıdakı dövlət orqanlarına təqdim edilir:

  • Əgər, eston müəssisələri VÖEN nömrəsi və ya əmək haqqı alan işçilərə malikdirlərsə, vergi departamentinə hesabat verirlər. Hesabatlar hər ay: gəlir vergisi və sosial vergiyə görə ayın 20-nə kimi dövriyyədən olan vergiyə görə.
  • Estoniyanın kommersiya registri. Hər il yanvarın 1-dən iyunun 30-na kimi eston müəssisələri ötən maliyyə ilində fəaliyyətləri ilə bağlı təyin olunmuş formada maliyyə hesabatı təqdim edirlər.
  • Statistika departamenti (seçmə). Eston müəssisələri seçmə üsulla hər rübdə statistika departamenti qarşısında hesabat verirlər.
  • Estoniya Mərkəzi bankı (seçmə və çox nadir hallarda). Əgər, eston müəssisələrindən hansısa xarici iqtisadi fəaliyyətlə məşğul olursa, onlardan bir neçəsi mərkəzi bankın kriteriyaları əsasında seçilməklə rüb ərzində bir dəfə hesabat verməlidirlər.
Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *