fbpx

Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən əvəzləşdirilə bilməyən ƏDV xərc kimi nəzərə alınır?

posted in: Vergi, Xəbər | 1
birbank biznes

ƏDV-dən azad, ƏDV öhdəliyi, EDV, fiziki şəxsSual: A müəssisəsi B müəssisəsindən dəyəri 100 000 manat (əlavə dəyər vergisisiz) olan mal almış və 18 000 manat ƏDV ödəmişdir. A müəssisəsinin həmin dövrdə ümumi dövriyyəsinin həcmi 200 000 (əlavə dəyər vergisindən azad), o cümlədən, ƏDV tutulan dövriyyənin həcmi 111 000 manat (əlavə dəyər vergisisiz) təşkil etmişdir. ƏDV tutulan dövriyyənin ümumi dövriyyədəki həcmi 55,5%-dir. Vergi məcəlləsinin 175.4 maddəsinə əsasən A müəssisəsinin B müəssisəsinə ödədiyi 18000 manat ƏDV-nin 9 990 manatı (18000*55,5%) əvəzləşdirilməlidir. Sual budur ki, əvəzləşdirilməsinə yol verilməyən 8 010 manat (18 000-9 990) B müəssisəsinə ödənilmiş ƏDV müəssisənin gəlirdən çıxılan xərclərinə daxil edilməlidirmi? (əvəzləşdirilə bilməyən ƏDV, xərc,EDV)

Cavab: Bildiririk ki, vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisinə cəlb edilən əməliyyatlarla yanaşı, əlavə dəyər vergisindən azad olunan əməliyyatlar aparılarkən həmin əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar əsasında əlavə dəyər vergisi ödənilməklə və əlavə dəyər vergisindən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) satışı üzrə uçot ayrı-ayrılıqda (əlavə dəyər vergisindən azad olunan malların satışı üzrə ayrılıqda sənədləşdirilmiş məlumatlar mövcud olduqda) aparıldığı halda əlavə dəyər vergisi tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş əlavə dəyər vergisinin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

Həmçinin bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər müvafiq təsdiqedici sənədlər əsasında gəlirdən çıxılır.

Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq əvəzləşdirilməsinə icazə verilməyən əlavə dəyər vergisi məbləği malların və ya xidmətlərin dəyərinə aid edilir. Gəlirin əldə olunması ilə bağlı olduqda vergi tutulan gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 143-cü və 175-ci maddələri.

Mənbə: taxes.gov.az



Print Friendly, PDF & Email

  1. Elshan
    |

    Sualda fərqli məsəl soruşulur. Cavab isə başqa məsələdən danışır.
    Burada A müəssisəsi ƏDV ödəyicisi deyil, ƏDV ödəyicisi deyilsə, deməli əvəzləşdirmədən söhbət gedə bilməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!