Əvəzləşdirilən ƏDV-nin vaxtının və məbləğinin müəyyən edilməsi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Əvəzləşdirilən ƏDV, ƏDV hesablanması, Əvəzləşdirilməyən ƏDV EDVVergi Məcəlləsinin 175.1.1-ci maddəsinin tələbinə görə, əvəzləşdirilən ƏDV-nin vaxtı hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə – alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib əlavə dəyər vergisi məbləğinin tam ödənildiyi vaxt sayılır.

Sərbəst auditor Altay Cəfərov bildirib ki, Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklər müəyyən məsələlərə dəqiqlik gətirir. Həmin məsələlərdən biri də əlavə dəyər vergisinin

hesablanması vaxtı ilə bağlıdır. Maddənin yeni redaksiyada qəbul edilməsi aşağıdakı məqamlara aydınlıq gətirib. 1 yanvar 2020-ci il tarixinə kimi ƏDV-nin əvəzləşdirilməsi e-VHF əsasən aparılırdı və əməliyyatın vaxtı 176-cı maddəyə əsaslanırdı. Həmin maddə e-VHF-in təqdim olunması ilə bağlı idi. 2020-ci ildən qüvvəyə minmiş Vergi Məcəlləsində 176-cı maddə ləğv edilib və artıq e-VHF yoxdur. Belə olan halda, əvəzləşməyə əsas kimi elektron qaimə-fakturalar götürülməlidir.

175.1.1-ci maddəyə edilmiş dəyişikliyə əsasən, hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə – alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib əlavə dəyər vergisi məbləğinin tam ödənildiyi vaxt əvəzləşdirilir.

Misal: Tutaq ki, fərdi sahibkar 7 yanvar 2020-ci ildə əlavə dəyər vergisi ödəyicisi olan müəssisədən, əlavə dəyər vergisi də daxil olmaqla, dəyəri 118 min manat olan avadanlıq alıb. Satıcı alıcıya malın tam dəyərinə uyğun elektron qaimə-faktura təqdim edib. Alıcı tərəfindən 5 fevral 2020-ci il tarixdə alınmış malın əsas dəyərinin 50 min manatı satıcının bank hesabına, 9 min manat əlavə dəyər vergisi məbləği isə ƏDV-nin depozit hesabına ödənilib. Bu halda alıcı tərəfindən malın əlavə dəyər vergisi daxil olmaqla tam dəyərinin satıcıya ödənilmədiyini nəzərə alsaq, 5 fevral 2020-ci il tarixdə ödənilmiş ƏDV məbləği əvəzləşdirilə bilərmi?

Vergi Məcəlləsində 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, əlavə dəyər vergisinin əvəzləşdirilməsi vaxtı hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib əlavə dəyər vergisi məbləğinin tam ödənildiyi vaxtdır.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda, fərdi sahibkar tərəfindən alınmış malların dəyərinin bir hissəsinin və ona mütənasib ödənilmiş əlavə dəyər vergisi məbləği Vergi Məcəlləsində ƏDV-nin əvəzləşdirilməsi üçün müəyyən edilmiş şərtlər daxilində, yəni malların alışı zamanı ödənilmiş əməliyyatın dəyəri satıcının bank hesabına, ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənildiyindən, 5 fevral 2020-ci il tarixində ödənilmiş ƏDV məbləği fevral ayının ƏDV bəyannaməsində əks etdirilməklə əvəzləşdirilir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Print Friendly, PDF & Email