Əvəzləşdirilməyən ƏDV mənfəət bəyannaməsinin hansı sətrində qeyd edilməlidir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Əvəzləşdirilməyən ƏDV mənfəət bəyannaməsinin hansı sətrində qeyd edilməlidir?


ƏDV öhdəliyi, EDV, ƏDV ödəyiciləri, hesabat formasıSual: “A” Müəssiəsinin fəaliyyət növü çörəyin istehsalı və satışı olduğuna görə Vergi Məcəlləsinin 164.1.27 maddəsinə görə əlavə dəyər vergisindən azaddır. Bu səbəbdən də Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən ödənilən ƏDV məbləğləri əvəzləşdirilməsi yol verilməyən ƏDV məbləğlərinə aid edilir. Buna görə də ƏDV məbləğləri malların (iş və xidmətlərin) dəyəri ilə birlikdə müəssisənin gəlirlərinin əldə edilməsi ilə bağlı xərclərə aid edilir.
Əvəzləşdirilməyən ƏDV məbləğləri müəssisənin gəlirlərinin əldə edilməsi ilə bağlı xərclərə aid edilirsə bu məbləğ mənfəət bəyannaməsi’nin hansı sətrində göstərilməlidir?
Cavab: Bildiririk ki, əlavə dəyər vergisinə cəlb edilən əməliyyatlar aparan şəxslər tərəfindən əvəzləşdirilməsinə yol verilməyən ƏDV-nin məbləği həmin malların (işlərin, xidmətlərin) dəyərinə aid edilməklə gəlirdən çıxılır. Qeyd olunan xərclər mənfəət vergisi bəyannaməsinin “Malın dəyəri” sətrinin xanalarında əks olunur.

Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Print Friendly, PDF & Email